Kirayə mənzillərə müraciət üzrə vətəndaşlardan sənəd qəbulu başladı

Bu gündən İpoteka və Kredit Zəmanət Fondunun (Fond) kirayə mənzil mexanizmi üzrə elektron müraciətləri qeydə alınmış vətəndaşların sənədlərinin qəbuluna başlanılıb. 

Bu barədə Kredit Zəmanəti Fondu məlumat yayıb.

Məlumata görə, gün ərzində 2 saylı Bakı “ASAN Kommunal” mərkəzi və Sumqayıt “ASAN xidmət” mərkəzində növbəlilik əsasında 75 vətəndaş baxılması üçün sənədlərini təqdim edib.

Sənədləri qəbul edilmiş vətəndaşların müraciətinə Fond ən geci 5 iş günü ərzində baxır. Vətəndaşın yaşı, kredit tarixçəsi və rəsmi gəlirləri əsasında kirayəyə yönəldəcəyi maksimal aylıq ödəniş məbləği və kirayə müqaviləsinin maksimal müddəti müəyyən edilərək bu barədə onların elektron kabinetinə bildiriş göndəriləcək. Bundan sonra həmin vətəndaşlar “Elektron ipoteka və kredit zəmanət sistemi” (EİKZS) vasitəsilə ödəniş qabiliyyətlərinə uyğun yaşayış sahəsini seçmək imkanı əldə edəcəklər. Yaşayış sahələrinin seçilməsi qaydası ilə EİKZS-də yerləşdirilmiş video-təlimat vasitəsilə tanış olmaq mümkündür.

EİKZS vasitəsilə kirayə mənzil modulu üzrə elektron müraciətlərin qəbulu prosesi isə davam etdirilir. Məlumata əsasən, bu günədək elektron sistemdən istifadə edərək kirayə mənzil xidmətinə müraciət edənlərin sayı aşağıdakı kimidir:

EİKZS-də elektron kabinet yaradanlar 7 769
Müraciət formalaşdıranlar 6 436
Müraciət göndərənlər 5 283
Sənəd təqdim edənlər 75

Müraciətləri qeydə alınmış vətəndaşların elektron kabinetinə sistem vasitəsilə sənədlərin qəbul tarixi və yeri barədə bildiriş göndəriləcək və SMS məlumat veriləcək. Vətəndaşlar yalnız bildirişdə qeyd olunan tarixdə sənədlərin qəbulu üçün “ASAN Xidmət” mərkəzinə gəlməlidirlər.

Məlumat üçün bildiririk ki, sistem tərəfindən vətəndaşa növbə yalnız bir dəfə – müraciət anında verilir. Növbə aşağıdakı hallardan biri baş verdiyi təqdirdə dəyişir (yaxınlaşır):

– Vətəndaş müraciətindən özü imtina etdikdə;

– Tələblərə uyğun gəlmədikdə sistem tərəfindən onun müraciətindən imtina olunduqda;

– Tələblərə uyğun gəldiyi halda mənzil seçimini həyata keçirmədikdə və ya bu seçimdən imtina etdikdə;

– Fond tərəfindən yeni mənzillər alınaraq elektron sistemə daxil edildikdə.

Kirayəçilərə dair tələblər, müraciətlərin qəbulu, onlara baxılması, yaşayış sahələrinin seçilməsi və rəsmiləşdirilməsi barədə ətraflı məlumatı Fondun internet səhifəsindən (www.mcgf.az), habelə “1549” Çağrı Mərkəzinə zəng etməklə, həmçinin EİKZS-dən istifadə ilə bağlı məlumatı EİKZS-də yerləşdirilmiş təlimatla tanış olmaqla əldə etmək mümkündür.

Eyni zamanda, vətəndaşlar Fondun ilkin mərhələdə satmaq öhdəliyi ilə kirayəyə verməsi nəzərdə tutulan yaşayış sahələrinin yerləşdiyi ərazi, sayı, sahəsi və digər məlumatlarla bu keçid vasitəsilə tanış ola bilərlər.

 

aktualinfo.org

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password