Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gün Brüsseldə Avropa İttifaqı rəsmiləri ilə görüşünü yarımçıq tərk edib.
Bu barədə Böyük Britaniyanın “The Times” nəşri yazıb.
Bildirilib ki, Ərdoğan Avropa İttifaqının sədri Ursula Von Der Leyen və Avropa Şurasının sədri Çarls Mişellə 1 saat 45 dəqiqə çəkən iclasa qatılıb. O, Avropa İttifaqını yetərli sayda miqrantı qəbul etməməklə və Türkiyəyə qaçqınları yerləşdirməsi üçün yetərli maddi yardım etmədiyini söyləyib və toplantını tərk edib. Qəzetdəki xəbərdə Ərdoğanın ittifaqdan Türkiyəyə 6 milyard avro yardım ehtiva edən razılaşmanı yeniləməsi və Ankaraya daha çox maddi yardım etməsini tələb etdiyi yazılıb.(publika.az)