“İdlib düyünü”nü kim kəsə bilər: Dəməşq, Ankara, Moskva? – Rus ekspertin şərhi

Suriyanın İdlib bölgəsindəki yaraqlılarla (ASO və “Hayat-Təhrir-əl-Şam” nəzərdə tutulur. – red.) birgə Türk ordusunun güclü təzyiqindən sonra sakitlik yarandı. Silahlar Rusiya Prezidenti Vladimir Putin və Türkiyə lideri Rəcəb Ərdoğan arasında 5 mart cümə axşamı Moskvada aparılan danışıqlar nəticəsində susduruldu. Mütəxəssislər bütün cəbhələrdə qəfil atəşkəs rejimini çox sadə izah edirlər: hər kəs Moskva görüşünün nəticəsini gözləyir. MK İdlibdəki vəziyyətin Putin və Ərdoğan arasındakı danışıqlar bitdikdən sonra necə dəyişə biləcəyini aydınlaşdırıb.

Orta Şərq üzrə ekspert Yuri Lyamin İdliblə Putin və Ərdoğan arasında danışıqlardan sonra nə olacağından danışıb.

Son bir neçə gündə türklər yaraqlılarla birləşərək İdlib cəbhəsində uğurlar əldə etdilər. Ərdoğanın ordusu yüz tank və zirehli maşın daşıyıcısı, onlarla artilleriya qurğusu, Əsəd ordusunun ən azı üç təyyarə və iki vertolyotunu məhv etdi. İdlib cəbhəsində Türkiyənin təzyiqlərindən suriyalıların həm də xeyli canlı qüvvə itkisi var. Türkiyə tərəfinin bildirdiyinə görə, Əsəd rejiminin üç min döyüşçü məhv edilib.

Türkiyənin dəstəklədiyi (Rusiyada qadağan edilən) “Hayat-Təhrir-əl-Şam” qruplaşması Suriyanın Sarakib şəhərinə zərbələr endirdi. Yerli mənbələr hücumun Türk arsenalında olan texnologiya ilə dəstəkləndiyini bildirdi. Lakin şəhər müdafiə edildi, yaraqlılar itki ilə geri döndü. Terroristlər kimyəvi silah istifadə etməyi də planlaşdırsalar da, bu, nəticə vermədi – ehtiyatsızlıqdan özlərini zəhərlədilər.

Martın 4-dən 5-nə qədər daha ciddi hücumlar olmadı – Ərdoğan Putinlə danışıqlar aparmaq üçün Moskvaya uçdu.
Ancaq MK mütəxəssisləri güman edirlər ki, görüşün nəticəsinin nə olacağından asılı olamayaraq türklərin İdlibə olan iddialarından asanlıqla imtina etməsi ehtimalı azdır.

“Bu sükut çox kövrəkdir, hər an əsl fırtına ilə partlaya bilər”, – Orta Şərq üzrə ekspert Yuri Lyamin MK-ya deyib. – Üstəlik, bütün qüvvələr döyüşə cəlb edilməyib. Türklərdən danışırıqsa, orada yalnız bir türk bölməsindən söhbət gedir. Bu bölməni də əsasən dronlar və artilleriya dəstəkləyir”.

Ekspertə görə, havadan Türkiyənin ciddi bir təzyiqi olmayacaq. Yuri Lyamin əmindir: Rusiyanın türk təyyarələrinin təhlükəsizliyinə zəmanət verilmədiyi barədə açıqlamasından sonra onlar çətin ki, öz pilotlarını riskə atmaq istəyələr.

“Əsas zərbə bütün hallarda quru qoşunları tərəfindən olacaq”, – Lyamin deyib. – Danışıqlardan sonra türklər va-bank getməyə qərar versələr, mütləq İdlibə böyük qüvvələr yeridəcəklər: tanklar və güclü artilleriya ilə gücləndirilmiş zirehli texnikalar. Bəli, bu, əlbəttə ki, həm Rusiya, həm də İranla münaqişəni daha da dərinləşdirəcək. Ancaq əminəm ki, türklərin İdlibə olan iddialarından belə asanlıqla imtina edəcəkləri ehtimalı çox azdır”.

Maraqlı bir detal: MK-nın Suriyadakı mənbələrinə görə, Ərdoğan və Putin arasında görüş başlayan kimi yaraqlılar Sarakib şəhərinə artilleriya və kiçik silahlardan atəş aşmağa başlayıb.

Ekspertin fikrincə, İdlibdə elan olunan atəşkəs Əsəd ordusunun xeyrinədir.

“Ən azı o, İdlibə mümkün qədər çox Hava müdafiəsi qüvvələri göndərə bilər. Bunlar “Buk” və “S-200” sistemləridir”, – Yuri Lyamin deyir.

Bununla belə, ekspert əmindir ki, bölgədəki vəziyyəti sırf sərt güc yoluyla həll etmək mümkün deyil. “İdlib düyünü”nü Dəməşq və ya Ankarada deyil, ancaq Moskvada kəsmək olar. Yalnız Vladimir Putin və Ərdoğan arasındakı dialoq Suriyadakı vəziyyətin yaxın günlərdə hansı istiqamətə yönələcəyini müəyyənləşdirəcək: Barışa və ya müharibəyə…(qaynarinfo)

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password