Nahid Bağırov İsmayıllıya,Mirhəsən Seyidov isə Neftcalaya İcra başçısı təyin edildilər – SƏRƏNCAM
Prezident İlham Əliyev Mirdaməd Sadıqovun İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamla Mirdaməd Mirsadıq oğlu Sadıqov İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Dövlət başçısının digər sərəncamı ilə Nahid Rza oğlu Bağırov İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Prezident İlham Əliyev Mirhəsən Seyidovun Neftçala Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Mirhəsən Mirheydər oğlu Seyidov Neftçala Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Qeyd edək ki, Neftçala rayon İcra hakimiyyətinin başçısı olmuş İsmayıl Vəliyev Dövlət Təhlükəsizlik Xidməti əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində həbs edilmişdi. Prezident İlham Əliyev İsmayıl Vəliyevin Neftçala rayon İcra Hakimiyyətinin başçısı vəzifəsifəsindən azad olunması barədə sərəncamı 20 fevral 2020 ci ildə vermişdi.