DSX-nın əsgəri şəhid oldu

Bu gün düşmən snayperi tərəfindən açılan atəş nəticəsində şəhid olan Dövlət Sərhəd Xidmətinin əsgəri, 1996-cı il təvəllüdlü Paşazadə Orxan Nazim oğlu sabah Cəlilabad rayonunun Cəfərxanlı kəndi qəbiristanlığında dəfn ediləcək.

Aktualinfo.org xəbər verir ki, martın 6-da ailəsinin yaşadığı kənddə şəhidlə vida mərasimi keçiriləcək.

Mərasimdən sonra şəhid kənd qəbiristanlıqda torpağa tapşırılacaq.

Hazırda şəhidin nəşi doğulduğu kəndə aparılır.

Qeyd edək ki, bu gün saat 19:10 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədindəki təmas xəttində atəşkəs rejimi kobud surətdə pozulub.

Düşmən snayperi tərəfindən açılan atəş nəticəsində Qazax rayonunun Quşçu Ayrım kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsində xidmətdə olan sərhədçi əsgər Paşazadə Orxan Nazim oğlu yaralanıb. Əsgər dərhal Qazax rayonunun diaqnostika mərkəzinə təxliyə edilsə də, həyatını xilas etmək mümkün olmayıb.

O.Paşazadə Naxçıvan Dövlət Universitetinin İngilis dili müəllimliyi ixtisası üzrə ali təhsilini bitirdikdən sonra hərbi xidmətə yollanmışdı.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password