Kirayə mənzil almaq istəyənlərə yeni xəbər

İpoteka və Kredit Zəmanət Fondu (Fond) bildirir ki, bu günədək 5400-dən çox vətəndaş kirayə mənzil modulu üzrə elektron müraciətini Fondun “Elektron ipoteka və kredit zəmanət” sistemi vasitəsilə formalaşdırıb.

Bu barədə Fonddan verilən məlumatda bildirilib.

Qeyd edilib ki, kirayə mənzil əldə etmək istəyən vətəndaşlara elektron kabinetin formalaşdırılmasını yekunlaşdırmaq tövsiyə olunur.

Müraciətlərin qəbuluna başlanması vaxtı ərizəçinin elektron kabinetində yerləşdiriləcək və bu barədə onlara SMS məlumat veriləcək.

Qeyd edək ki, şəffaflığın təmin edilməsi məqsədilə bütün müraciətlər elektron sistem vasitəsi ilə növbəyə alınacaq, növbəlilik barədə məlumat elektron kabinetdə və Fondun informasiya resurslarında əks olunacaq. Bu məlumatların həm müraciət edən vətəndaşlar, həm də ictimaiyyət üçün açıqlığı Fond tərəfindən mütəmadi qaydada təmin ediləcək.

Onu da bildirmək lazımdır ki, vətəndaşların ödəniş qabiliyyətinin qiymətləndirilməsi elektron sistem vasitəsi ilə əldə olunan rəsmi məlumatlar əsasında Fondun açıq bəyan etdiyi meyarlar üzrə həyata keçiriləcək.

İpoteka və Kredit Zəmanət Fondu kirayə mənzillərə dair vətəndaşların məlumatlandırılması, qeydə alınan ilkin müraciətlərin sayı və proseslərin gedişatı ilə bağlı bütün lazımi məlumatları mütəmadi olaraq ictimaiyyətə bundan sonra da bildirəcək.

Kirayəçilərə dair tələblər, müraciətlərin qəbulu, onlara baxılması, yaşayış sahələrinin seçilməsi və rəsmiləşdirilməsi barədə ətraflı məlumatı Fondun internet səhifəsindən (www.mcgf.az), habelə “1549” Çağrı Mərkəzinə zəng etməklə, həmçinin EİKZS-dən istifadə ilə bağlı məlumatı EİKZS-də yerləşdirilmiş təlimatla tanış olmaqla əldə etmək mümkündür.

 

Aktualinfo.org

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password