I siniflərə şagird qəbulu üçün məktəb seçiminin tarixləri açıqlandı

Martın 10-dan etibarən 2020-2021-ci dərs ilində ölkənin bütün ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbuluna onlayn qeydiyyat aktivləşdiriləcək.

Bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini İlhamə Abdullayeva bugünkü mətbuat konfransında deyib.

Onun sözlərinə görə, məktəb seçimi martın 13-dən sentyabrın 15-dəkhəyata keçiriləcək.

İdarənin müdir müavini bildirib ki, ümumtəhsil məktəbləri, lisey və gimnaziyalarda I sinfə şagird qəbulu Azərbaycan bölməsi üzrə ümumi qaydada, tədris digər dillərdə aparılan bölmələrə isə uşaqların şifahi nitq bacarıqlarının qiymətləndirilməsi yolu ilə həyata keçiriləcək (Bakı Avropa Liseyi, Respublika İncəsənət gimnaziyası və Bülbül adına orta ixtisas musiqi məktəbləri istisna olmaqla).

O qeyd edib ki, şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üçün müsahibələr aprelin 1-dən başlayaraq təşkil olunacaq.

Məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların növbəti tədris ili üçün həmin məktəbin I sinfinə qəbulu sistemdə avtomatik elektron sorğu yaradılmaqla həyata keçirilir. Məktəbəhazırlıq qruplarındakı uşaqlar üçün sistemdə avtomatik sorğu yerləşdirildikdən sonra valideyn martın 10-dan 13-dək şəxsi kabinetdən ərizəni çap edib məktəbə təqdim etməlidir.

I sinfə elektron sistem vasitəsilə ərizələrin qeydiyyatı məsələlərində vətəndaşlara kömək göstərilməsi məqsədi ilə Alternativ Qeydiyyat Mərkəzləri də fəaliyyət göstərəcək.

Qeydiyyat zamanı hər hansı çətinliklə qarşılaşan, Alternativ Qeydiyyat Mərkəzində övladının qeydiyyatı mümkün olmayan valideynlər aprelin 1-dən həftənin III və V günləri Apelyasiya komissiyalarına müraciət edə bilərlər.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password