Avropa Liqası: 1/8 final mərhələsinin püşkü atıldı

UEFA Avropa Liqasında 1/8 final mərhələsinin püşkatma mərasimi keçirilib.

Aktualinfo.org-un məlumatına görə, İsveçrənin Nyon şəhərində təşkil olunan mərasimdə cütlərin tərkibi müəyyənləşib.

Türkiyə təmsilçisi “Başakşehir” Danimarka “Kopenhagen”inə rəqib olub. Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun çıxış etdiyi İngiltərə “Vulverhempton”u isə Yunanıstan “Olimpiakos”u ilə üz-üzə gələcək.

1/8 final mərhələsində görüşəcəklər:

“Başakşehir” (Türkiyə) – “Kopenhagen” (Danimarka)

“Olimpiakos” (Yunanıstan) – “Vulverhempton” (İngiltərə)

“Reyncers” (Şotlandiya) – “Bayer” (Leverkusen, Almaniya)

“Volfsburq” (Almaniya) – “Şaxtyor” (Donetsk, Ukrayna)

“İnter” (İtaliya) – “Xetafe” (İspaniya)

“Sevilya” (İspaniya) – “Roma” (İtaliya)

“Ayntraxt” (Frankfurt, Almaniya) / “Zaltsburq” (Avstriya) cütünün qalibi – “Bazel” (İsveçrə)

LASK (Avstriya) – “Mançester Yunayted” (İngiltərə)

Qeyd edəki ki, 1/8 final mərhələsində ilk oyunlar martın 12-də, cavab görüşləri isə martın 19-da olacaq.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password