“Xocalı – şəhid şəhər” adlı respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi keçirilib

Mədəniyyət Nazirliyi, Təhsil Nazirliyi, Azərbaycan Televiziya və Radio Verlişləri Qapalı Səhimdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Naxçıvan Rəssamlar Birliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə XX əsr tarixinə “Əsrin genosidi” kimi daxil olmuş Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək və qan yaddaşımıza əbədi həkk olunmuş soyqırımı hadisəsini unutdurmamaq məqsədi ilə elan olunmuş “Xocalı – şəhid şəhər” adlı respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi keçirilib.

Tədbiri giriş sözü ilə Azərbaycan Rəssamlar İttifaqının katibi, professor Ağaəli İbrahimov açaraq 26 fevral tarixinin Azərbaycan xalqının başına gətirilən bir genosid faktı oldunu qeyd edib.

Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvazov balaca rəssamlara qan yaddaşımızdan olan Xocalı soyqırımını unutmadıqlarına və tabloya köçürdükərinə görə təşəkkür edib.

Tədbirdə, həmçinin Əməkdar rəssam Aydın Rəcəbov, Əməkdar rəssam Rəfael Muradov, rəssam Nazim Məmmədbəyov, Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyinin əməkdaşı Azər Rəhimov çıxış edərək Xocalı soyqırımının Azərbaycan xalqının taleyində bir yara olduğunu qeyd ediblər.

Tədbir iştirakçılara şəkil çəkdirməklə diplom təqdimetmə mərasimi ilə davam edib və Xocalı abidəsinin önünə çiçək qoyma mərasimi ilə başa çatıb.

Müsabiqəyə respublikamızın müxtəlif guşələrindən 700-dən çox uşaq, 1300-ə qədər əsəri ilə virtual qaydada qatılıb. Tədbirə 225 uşağın hər birindən bir əsər olmaqla sərgilənmək üçün dəvət olunub.

Həmçinin yekun sərgidə tanınmış rəssam Azərbaycan Rəssamlıq Akademiyasının müəllimi Cəlal Ağayev özünün müsabiqənin adı ilə eyni adlı “Şəhid şəhər” əsəri ilə təmsil olunurdu.

Müsabiqənin yekun sərgisində Lənkəran Şəhər Uşaq Rəssamlıq məktəbi, 4 nömrəli Uşaq İncəsənət məktəbi, 2 saylı İncəsənət məktəbi, Şamaxı Şəhər İncəsənət Təhsili Mərkəzi Rəssamlıq şöbəsi, H.Abbasov adına Maştağa Mədəniyyət mərkəzi, 1 nömrəli Uşaq Gənclər İnkişaf mərkəzi, 147 saylı texniki humanitar lisey, 2 nömrəli Uşaq Gənclər İnkişaf mərkəzi, Sumqayıt şəhər 1 nömrəli Uşaq Gənclər İnkişaf mərkəzi, Hədəf Liseyi, Masallı r. Onbirillik İncəsənət məktəbi, Abşeron Buzovna art studio, Xətai Uşaq Rəsm Yaradıcılıq Studiyası, 108 nömrəli tam orta məktəb, Biləndər tədris mərkəzi – Raziyaart, ƏSRA tədris mərkəzi, Gəncə ş. Uşaq Incəsənət məktəbi, Respublika Uşaq Gənclər İnkişaf Mərkəzi və s. rəssamlıq dərnəkləri daha çoxluqla təmsil olunurdular.

Sərgidə nümayiş üçün seçilən işlərin müəllifləri diplomla və fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olundular.

Müsabiqədə iştirak etmək üçün www.xsm.az saytında tədbirlər bölümündəki “Şəhid şəhər” afişasına toxunmaqla və ya http://xsm.az/site/sehidseher/ linkinə daxil olub 1 və ya 2 əsərinin fotosunu daxil etməklə göstərilən anketi doldurmaqla qatılmışlar.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password