Ceyhun Bayramovun kənd məktəblərində yandırdığı odunların tüstüsü üzə çıxdı

Aktualinfo.org bir müddət əvvəl Azərbaycan Respublikası Təhsil Nazirliyinin qış aylarında rayon orta ümumtəhsil məktəblərinin qızdırılması ilə bağlı ayırdiğı külli miqdarda dövlət vəsaitlərinin tenderlər yolu ilə kənarlaşdırılmasını ictimailəşdirmişdi. Lakin bu kimi ciddi mənimsəmə hallarına sözügedən qurum tərəfindən heç bir münasibət bildirilmədi. Bununla da Təhsil Nazirliyi susmaqla yazdıqlarımızın həqiqət olduğunu etiraf etmiş oldu.Bunlar öz yerində.

Məlum olduğu kimi hər ilin sonunda Milli Məclisdə büdcə məsələlərinin təsdiqi zamanı təhsil sisteminin inkişaf etdirilməsi,təhsil işçilərinin sosial həyat tərzinin yaxşılaşdırılması ətrafında da ciddi müzakirələr aparılır. Buna baxmayaraq dövlət büdcəsindən təhsilin inkişafına lazımınca vəsait ayrılır. Amma bu vəsaitlərin hansı məqsədlər üçün sərf olunması müəyyən suallar yaradır. Məsələn, Təhsil Nazirliyi Ərazi Maliyyə Hesablaşma Mərkəzləri vasitəsi ilə orta məktəblərdə odun yanacağının alınmasına il ərzində nə qədər vəsait ayırır?

Aktualingo.org ötən yazılarda bir çox rayonların orta məktəblərinin qızdırılması üçün odun yanacığana ayrılmış vəsaitlərə toxunmuşdu. Bu dəfə isə Təhsil Nazirliyinin 7 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi tərəfindən alınan odun yanacağına ayrılmış vəsaitlərı oxucuların diqqətinə çatdırmağa çalışacaq. Qeyd edək ki, sözügedən mərkəzə qərb bölgəsinin cəmi üç rayonu tabedi. Şəmkir,Gədəbəy və Daşkəsən rayonlarında tam orta məktəblərin sayı ilə bu rayonlardakı məktəblərin qızdırılmasına ayrılmış pullara neçə məktəb tikmək olardı və yaxud bu rayonlardakı orta məktəblərin hamısını qazanxana sistemləri ilə təchiz etmək mümkün olardımı? Bunları özünüz təhlil edərsiniz.

Qeyd edək ki, Şəmkirdə rayonunda hazırda 65 tam orta və 13 ümumi orta olmaqla ümumilikdə 78 ümumtəhsil məktəbi fəaliyyət göstərir. Bu məktəblərdən 9 -u şəhərdə, 8 -i qəsəblərdə, 61-i isə kəndlərdə yerləşir. Rayon ümumtəhsil məktəblərində 34142 şagird ümumi qaydada, 79 şagird fərdi qaydada, 135 nəfər xüsusi qayğıya ehtiyacı olan şagird isə ev şəraitində fərdi təhsil almaqdadır.

Gədəbəy rayonunda isə ümumtəhsil məktəblərin sayı 82-dir. Rayondakı  82 məktəbin 55-i tam orta, 17-si ümumi orta, 9-u isə ibtidai məktəbdir. 2019-2020-ci tədris ilində rayonun məktəblərində 927 sinif  komplektində 10690 nəfər şagird təhsilə cəlb edilmişdir. Bu qədər şagirdin təlim-tərbiyəsi ilə 1588 nəfər müəllim məşğul olur. RTŞ nəzdində 2 məktəbdənkənar müəssisə fəaliyyət göstərir.

Daşkəsən rayonunda isə ümumtəhsil  məktəblərinin  sayı  43-dür.  2015-2016-cı  dərs  ilində  rayonun  məktəblərində  391  sinif  komplektində  3257  şagird  təhsilə  cəlb  edilmiş və  onların  təlim-tərbiyəsi  ilə  571  müəllim  məşğul  olur.  RTŞ-nin  tabeliyində  4  məktəbdənkənar  müəssisə  fəaliyyət  göstərir.

Bu üç rayonda ümumilikdə fəaliyyətdə olan 203 ümumtəhsil müəssisələri il ərzində nə qədər odun yanacağı istifadə edər? Bəri başdan onu da xüsusilə vurğulamaq istərdik ki,məktəblərin böyük əksəriyyətində odun yanacağı valideynlərdən toplanan pullar hesabına alınır.Bunu rayon yerlərində,kəndlərdə ən azı bir qohumu yaşayan hər kəs bilməmiş deyil. Rayon mərkəzlərindəki orta məktəblərin bir çoxu isə qazanxana sistemi ilə təchiz edilib. Dərslərin sentyabr ayından başlayaraq,iyun ayında qurtardığını götürdükdə və Respublikanın iqlim şəraitini nəzərə aldıqda, orta məktəblər neçə ay qızdırılır? Sentyabr, oktayabr aylarında havaların o qədər də soyuq olmadığını və bu rayonların dağlıq ərazilərdə yerləşdiyini nəzərə alsaq noyabr ayından orta məktəblər qızdırılmağa başlayır. Məktəblərin hamısı bir növbəli olduğundan günortaya qədər qızdırılır. Bu hesablama ilə sözügedən rayonların məktəblərində cəmi beş ay, noyabr-mart aylarında orta məktəblər qızdırılır.Bu beş aya düşən şənbə,bazar günlərini və bayramları çıxsaq cəmi dörd ay olur. Şəmkir Gədəbəy,və Daşkəsən rayonlarında dörd aya bir növbəli orta məktəblərin qızdırılmasına Təhsil Nazirliyi 7 saylı Ərazi maliyyə Hesablaşma Mərkəzi nə qədər vəsait ayırsa yaxşıdır?

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 7 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi tərəfindən 2019-cu ildə odun yanacağının alınması üzrə 04.04 2019 cu il tarıxdə elan edilmiş 3 milyon ABŞ dollarının manat ekvivalentindən çox açıq tenderin zərflərin açılışı 30 bank günündən sonra nəzərdə tutulub. Elanda iddiaçıların təkliflərinin açılışı 02.05.2019 10:00 tarixində Şəmkir şəhəri Nizami küşəsi 71 ünvanında aparılacağı bildirilir. Lakin sözügedən tendirin qalibi,alınacaq odun yanacağının həcmi və ayrılmış vəsait barədə məlumatlar nədənsə elan olunmayıb və yaxud da gizlədilib.

Bundan cəmi iki ay sonra 7 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin 2019- cu ildə alınacaq odunun satınalması üzrə 01.06. 2019-cu ildə elan etdiyi tender də 3 milyon ABŞ dollarının manat ekvivalentindən çox olub. Bu tenderin də elanında iddiaçılara təkliflərinin açılışı 19.07.2019 10:00 tarixində Şəmkir şəhəri Nizami küçəsi 71 ünvanında aparılacağı bildirilib və qeyd olunub ki, açılışda iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.Bu tenderin də açılışı, qalibi,alınacaq odun yanacağının həcmi və ayrılmış vəsait barədə barədə heç bir yerdə məlumat yerləşdirilməyib.

Amma bunlardan fərqli olaraq mərkəz tərəfindən 02.08. 2019 cu il tarixdə odun yanacağının satınalması üzrə keçirilmiş tenderin qalibinin “BREERE” MMC olduğu bəlli olur. Bu tenderdə yanacağın alınmasına 198682.7 manat vəsait ayrıldığı göstərilir. Maraqlı burasıdır ki,qalib olduğu elanda MMC-nin VÖEN-i 850297151 göstərilib. Lakin Vergilər Nazirliyində belə bir VÖEN tapılmadı. “BREERE” MMC isə vergilər nazirliyində başqa bir VÖEN-lə (1005989251)qeydiyyatdan keçib. Hüquqi ünvanı Bakı şəhəri Binəqədi qəsəbəsi ev 10 göstərilən MMC Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində vergi uçotuna alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin qanuni təmsilçisi Fərhadov Gündüz İmamverdi oğludur.Dövlət qeydiyyatına isə 01.07.2019-cu ildə alınıb, yəni 7 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin odun yanacağı satınalmasının qalib elan etdiyi 02.08.2019-cu ildən bircə ay əvvəl. Burada tender zərflərinin elan olunduğu gündən 30 bank günü sonra açıldığını nəzərə alsaq, MMC-nin məhz bu tenderi udmaq uçün yaradıldığını görmüş olarıq.

Qeyd edək ki, 30 avqust 2018-ci ildən Təhsil naziri Ceyhun Bayramovun əmri ilə 7 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinə Vüqar Muradov rəis təyin edilib.Fəaliyyətinin elə birinci ilində,möhürü əlinə aldıqdan cəmi bir neçə ay sonra Vüqar Muradov külli miqdarda dövlət vəsaitinin kənarlaşdırılmasına imza atıb. Bu təbii ki Təhsil naziri Ceyhun Bayramovun göstərişi əsasında həyata keçirilib. Odun vəsaitinin satınalmasına milyonlarla vəsaitin ayrılmasına başqa kim icazə verə bilər ki? Burada Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun payı nə qədər olub o maraqlıdır. Axı Vüqar Muradov onun kadrı kimi tanınır. Elə 2005-ci ildən 2018-ci ilə kimi Şəmkir rayon İcra Hakimiyyəti başçısı aparatında sektor müdiri, baş mühasib vəzifəsində çalışması da bunları deməyə hardasa əsas verir.

Göründüyü kimi dövlətin təhsilə ayırdığı pullar göz-görə”yandırılır”. Həm də Ceyhun Bayramov tərəfindən. Lakin cənab nazir unudur ki,bu yanğının tüstüsü haçansa çıxacaq.Kimləri kor edəcək,gələcək göstərəcək.

Aktualinfo.org 

 

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password