Nəticələri ləğv edilən məntəqələrin sayı 100-ü keçib – SİYAHI

Milli Məclisə seçkilər üzrə indiyə qədər nəticəsi etibarsız sayılan məntəqələrin sayı məlum olub.

Aktualinfo.org  xəbər verir ki, bu günədək 30 seçki dairəsinin 105 seçki məntəqəsi üzrə səsvermənin nəticələri ləğv edilib.

Onlardan 102-si ilə bağlı Mərkəzi Seçki Komissiyası (MSK), 3-ü barədə isə dairə seçki komissiyaları (DSK) müvafiq qərar veriblər.

Belə ki, MSK-nın qərarları ilə 8 saylı Binəqədi birinci seçki dairəsinin 1 (24 saylı), 9 saylı Binəqədi ikinci seçki dairəsinin 3 (20, 31 və 35 saylı), 10 saylı Binəqədi üçüncü seçki dairəsinin 1 (16 saylı), 11 saylı Qaradağ seçki dairəsinin 2 (25 və 30 saylı), 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsinin 11 (6, 9, 10, 13, 14, 23, 25, 27, 28, 29 və 31 saylı), 18 saylı Nərimanov-Nizami seçki dairəsinin 1 (10 saylı), 22 saylı Nəsimi seçki dairəsinin 4 (1, 11, 20 və 24 saylı), 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 4 (14, 17, 23 və 25 saylı), 25 saylı Nizami ikinci seçki dairəsinin 1 (26 saylı), 29 saylı Səbail seçki dairəsinin 6 (1, 5, 9, 11, 17 və 25 saylı), 30 saylı Suraxanı ikinci seçki dairəsinin 5 (1, 12, 14, 16 və 18 saylı), 32 saylı Suraxanı üçüncü seçki dairəsinin 3 (4, 8 və 9 saylı), 34 saylı Xətai ikinci seçki dairəsinin 7 (1, 2, 3, 4, 18, 30 və 35 saylı), 40 saylı Kəpəz ikinci (Gəncə) seçki dairəsinin 1 (8 saylı), 47 saylı Mingəçevir seçki dairəsinin 3 (9, 17 və 21 saylı), 48 saylı Yevlax seçki dairəsinin 1 (6 saylı), 57 saylı Kürdəmir seçki dairəsinin 5 (7, 18, 20, 27, və 33 saylı), 60 saylı Salyan-Neftçala seçki dairəsinin 11 (4, 5, 8, 13, 15, 23, 27, 32, 35, 37 və 39 saylı), 67 saylı Cəlilabad şəhər seçki dairəsinin 2 (10 və 29 saylı), 79 saylı İmişli seçki dairəsinin 5 (14, 16, 21, 23 və 25 saylı), 81 saylı Beyləqan seçki dairəsinin 4 (1, 4, 6 və 31 saylı), 82 saylı Ağcabədi seçki dairəsinin 1 (3 saylı), 83 saylı Ağcabədi-Füzuli seçki dairəsinin 1 (9 saylı), 90 saylı Şəmkir kənd seçki dairəsinin 2 (6 və 7 saylı), 91 saylı Ucar seçki dairəsinin 2 (18 və 38 saylı), 107 saylı Qazax seçki dairəsinin 1 (2 saylı), 118 saylı Ağdam şəhər seçki dairəsinin 2 (25 və 33 saylı), 123 saylı Kəlbəcər seçki dairəsinin 1 (16 saylı) və 125 saylı Zəngilan-Qubadlı seçki dairəsinin 11 (1, 10, 13, 32, 36, 37, 38, 39, 40 , 55 və 59 saylı) seçki məntəqələri üzrə səsvermənin nəticələri etibarsız sayılıb.

111 saylı Zaqatala-Balakən seçki dairəsinin 2 (4 və 43 saylı), 123 saylı Kəlbəcər seçki dairəsinin 1 (10 saylı) məntəqəsinin nəticələri isə DSK-lar tərəfindən ləğv edilib.

Lakin məntəqələr üzrə ləğvetmələr həmin dairələrdə lider namizədlərin dəyişməsinə səbəb olmayıb. 30 seçki dairəsinin hamısında MSK-nın ilkin nəticələri olduğu kimi qalıb.

Qeyd edək ki, MSK-nın fevralın 13-də keçirilən iclasında 80 saylı İmişli-Beyləqan seçki dairəsinin (lider namizəd Çingiz Qənizadə), 74 saylı Lənkəran kənd seçki dairəsinin (lider namizəd Hadı  Rəcəbli), 35 saylı Xətai üçüncü seçki dairəsinin (lider namizəd Rauf Arifoğlu) və 33 saylı Xətai birinci seçki dairəsinin (lider namizəd Hüseynbala Mirələmov) nəticələri ləğv olunub.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password