BSU-da tələbələrin pedaqoji və istehsalat təcrübəsinə həsr olunmuş konfrans keçirilib

Fevralın 24-də Bakı Slavyan Universitetində (BSU) IV tədris ili tələbələrinin  pedaqoji və istehsalat təcrübəsinə həsr olunmuş konfrans keçirilib.

Bu barədə Aktualinfo.org universitetin Mətbuat Xidmətindəın məlumat verilib. Məlumatda bildirilir ki, konfransda BSU-nun rəhbərliyi, fakültə dekanları, kafedra müdirləri və digər müvafiq strukturların rəhbərləri, müəllim-metodistlər və tələbələr iştirak ediblər. Tədbiri giriş sözü ilə açan BSU-nun rektoru, professor Nurlana Əliyeva bildirib ki, bu gün BSU-nun professor-müəllim heyətinin və tələbə kolektivinin həyatında xoş və əlamətdar bir gündür. Pedaqoji və istehsalat təcrübəsi tələbələrin həyatında mühüm bir mərhələdir. Pedaqoji və istehsalat təcrübəsi tədris prosesinin tərkib hissəsidir. Tələbə-gənclər tədris prosesi zamanı öyrəndikləri nəzəri bilikləri pedaqoji və istehsalat təcrübəsi zamanı tətbiq etmək imkanı qazanırlar. BSU-nun 431 nəfər tələbəsi 110 nəfər müəllim-metodistin rəhbərliyi ilə pedaqoji təcrübə, 448 nəfər tələbəsi isə 111 nəfər müəllim-metodistin rəhbərliyi ilə istehsalat təcrübəsi keçəcəklər. BSU-nun IV tədris ili tələbələri 30 tam orta məktəbdə və 7 uşaq bağçasında pedaqoji təcrübə keçəcəklər. Eyni zamanda BSU-nun IV tədris ili tələbələri 35 təşkilatda istehsalat təcrübəsi keçəcəklər. Pedaqoji və istehsalat təcrübəsi fevral ayının 17-də başlayıb, 14 həftə davam edəcək və mayın 23-də başa çatacaq. Pedaqoji və istehsalat təcrübəsinə hazırlıq işləri, sənədləşmə və digər təşkilati-texniki işlər vaxtında və yüksək səviyyədə başa çatdırılıb. Həm pedaqoji təcrübə, həm də istehsalat təcrübəsi eyni məqsədə-sizin yüksək səviyyəli mütəxəssislər kimi yetişməyinizə xidmət edir. Ulu öndər Heydər Əliyevin yaratdığı BSUnun tələbəsi olmaq şərəfli və eyni zamanda məsuliyyətlidir. Siz yüksək əzmlə, təşəbbüskarlıqla, nizam-intizamla pedaqoji və istehsalat təcrübəsin iştirak etməli, həmişə BSU-nun adını uca tutmalısınız. 

Rektor Nurlana Əliyeva çıxışında qeyd edib ki, gənclər bizim inamımız, ümidimiz, sabahımız, gələcəyimizdir. Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyeva gəncliyin inkişafına böyük diqqət və qayğı göstərir. Ölkəmizdə aparılan genişmiqyaslı islahatlar, yeniliklər gənclərin dövlət idarəçiliyinə cəlb edilməsinə əlverişli şərait yaradır. Biz inteqrasiya, qloballaşma, rəqəmsal texnologiyalar, sosial şəbəkələr dövründə yaşayırıq. Bizim sizdən böyük gözləntilərimiz var. Siz daim öz bilik və bacarıqlarınızı artırmalı, yüksək milli-mənəi dəyərlərimizə, Azərbaycançılıq ideologiyasına sədaqət ruhunda formalaşmalısınız. Rektor çıxışının sonunda tələbə-gənclərə pedaqoji və istehsalat təcrübəsində uğurlar arzulayıb. 

    BSU-nun Tədris işləri üzrə prorektoru, professor Telman Cəfərov, Beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsinin dekanı, dosent Şirinbəy Əliyev çıxış edərək pedaqoji və istehsalat təcrübəsinin təşkili, keçirilməsi qaydaları haqqında geniş məlumat veriblər. 

dbirin sonunda müəllim və tələbələri maraqlandıran suallar cavablandırılıb, onların fikir və təklifləri  dinlənilib.

 
Aktualinfo.org

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password