Türkiyənin hərbi əməliyyatlara başlamasının əsl səbəbi ortaya çıxdı
Xəbər verdiyimiz kimi, Türkiyə və Rusiya arasında Suriyanın İdlib şəhərinin taleyi ilə bağlı aparılan ikimərhələli heyətlərarası görüşlərdə nəticə əldə olunmayıb.
Görüşlərdən nəticə çıxarılmasının səbəbi bəlli olub.
Əldə olunan məlumata görə, Rusiya tərəfi 17 sentyabr 2018-ci ildə imzalanan Soçi memorandumunun yenilənməsi təklifi ilə gəldiyi müzakirə masasına yeni xəritə və kağız qoyub. Rusiya Türkiyədən gərginliyin azaldılması bölgəsindən 60% daralmasını, Türkiyə Silahlı Qüvvələrinin müşahidə məntəqələrinin M-4, M-5 magistral yollarının şimalına çəkilməsini təklif edib. Toplantılarda Hmeymim hərbi hava bazasına müxaliflər tərəfindən hücumların gerçəkləşdirildiyi iddiasını gündəmə gətirən Rusiya müşahidə məntəqələrini hazırkı mövqeyindən şimala köçürməyi bu bəhanə ilə tələb edib. Türkiyə bu təklifləri qətiyyətli şəkildə rədd etdiyinə görə müzakirələr yarımçıq qalıb.
Buna görə heyətlər arasında üçüncü tur görüşlərin başlanması üçün razılıq əldə olunub. Növbəti günlərin birində Rusiya nümayəndə heyəti Ankaraya səfər edəcək. Bu görüşdən də nəticə çıxmasa, müzakirələr liderlər səviyyəsində davam edəcək. Liderlərin 5 martda İranın paytaxtı Tehranda Rusiya-İran-Türkiyə zirvə görüşündə bir araya gələcəyi gözlənilir.
Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan İdliblə bağlı diplomatik razılaşmanın əldə edilməyəcəyi təqdirdə türk ordusunun hərbi əməliyyat keçirəcəyini istisna etmir.(publika.az)