Tibbi sığorta xidmətləri üzrə əhalinin müraciətləri açıqlandı

Yanvar ayında icbari tibbi sığorta xidmətlərinin tətbiq olunduğu ərazilərdə əhali tərəfindən edilən müraciətlər ən çox yuxarı tənəffüs yollarının dəqiqləşdirilməmiş xəstəlikləri üzrə olub.

Bunları İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin (İTSDA) sədri Zaur Əliyev bugün keçirdiyi mətbuat konfransında bildirib.

Agentliyin sədri bildirib ki, cari ilin fevral ayının 15-dək icbari tibbi sığortanın tətbiq edildiyi 23 regiondakı tibb müəssisələrinə 381 482 nəfər, 607 063 müraciət edib. Bu müraciətlər üzrə 1 321 592 tibbi xidmət göstərilib:

“Fevralın 15-dək müraciətlərin böyük əksəriyyəti yuxarı tənəffüs yollarının dəqiqləşdirilməmiş kəskin infeksiyası xəstəliyi ilə bağlı olub. Bu xəstəlik üzrə 12 182 müraciət qeydə alınıb. Ən çox müraciət edilən xəstəliklər sırasında ümumi tibbi baxış (7189), yüksək qan təzyiqi (6215), digər ümumi baxışlar (5372), insulindən asılı olmayan şəkərli diabet (5231) və s. xəstəliklər yer alır.

Ən çox vətəndaşın müraciət etdiyi regionlar Mingəçevir (76 992), Yevlax (48 325), Xaçmaz (43 030), Şəki (42 896) və Qəbələdir (42 874). Ən çox tibbi xidmət göstərən tibb müəssisələri Mingəçevir şəhər Mərkəzi Xəstəxanası (244 747), Yevlax rayon Mərkəzi Xəstəxanası (108 376), Ağdaş rayon Mərkəzi Xəstəxanası (92 151), Xaçmaz rayon Mərkəzi Xəstəxanası (72 757) və Şəki rayon Mərkəzi Xəstəxanasıdır (84 350).

Z.Əliyev qeyd edib ki, tibb müəssisələrinin resurslarından və kadr potensialından səmərəli istifadəni təmin etmək, fəaliyyətlərini optimallaşdırmaq və əhalinin müxtəlif növ tibbi yardıma əlçatanlığını təmin etmək məqsədilə respublikanın inzibati ərazi vahidləri üzrə tibbi ərazi bölmələri yaradılıb:

“Agentliyin nəzərdə tutulan 11 filialından artıq 6-sı fəaliyyət göstərir. Hazırda icbari tibbi sığortanın tətbiqi 5 tibbi ərazi bölməsini əhatə edir: “Həmin tibbi ərazi bölmələri üzrə müraciət sayına gəldikdə, deyə bilərəm ki, fevralın 15-dək ən çox Şəki – Zaqatala tibbi ərazi bölməsinə müraciət edilib. Şəki – Zaqatala üzrə 169 204, Bərdə – Yevlax üzrə 149 683, Quba – Xaçmaz üzrə 124 350, Göyçay – Kürdəmir üzrə 83 562 və Dağlıq Şirvan üzrə 80 264 müraciət qeydə alınıb”.

Aktualinfo.org

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password