Ukraynadakı döyüşlər Moskvaya niyə lazım idi? – Politoloq detalları açdı

“Atəşkəsin zəifliyi Ukraynada bugünkü təxribatla bir daha sübut olundu”.

Bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu qeyd edib.

Siyasi şərhçi xatırladıb ki, Vladimir Zelenski Ukrayna Prezidenti olduqdan sonra birmənalı şəkildə müharibə istəmədiyini bəyan etmişdi: “Zelenski yaydan bu yana separatçılarla və Moskva ilə kiçik razılaşmalar da əldə etməyə başlamışdı. Ancaq vəziyyətin sabitləşməsinə inamın artdığı məqamda separatçılar Moskvanın təlimatı ilə yenə təxribata əl atdılar. Luqansk separatçıları Minsk razılaşmalarını pozaraq bu gün təmas xəttini yarmaqla hücuma keçməyə cəhd ediblər. Separatçılar Rusiyadan aldıqları bütün silah növlərindən Ukrayna ordusunun mövqelərinə zərbələr endirirlər. Ukrayna hərbçiləri arasında ölən və yaralananlar var. Ukrayna prezidenti bu saatlarda Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasını çağırıb. Zelenski nə qədər sülhpərvər olsa da, separatçıların təxribatını cavabsız qoymamağa çalışacaq”.

Politoloqun fikrincə, bu olay göstərdi ki, Kreml ətrafdakı münaqişələrin sülh yolu ilə həllindən ağız dolusu danışsa da, istədiyi məqamda nəzarət etdiyi separatçıları hərəkətə gətirə bilər: “Ukrayna hökuməti son aylarda iqtisadiyyatda müəyyən irəliləyişlər əldə etməyə başlamışdı, maaşlar və pensiyalar artırdı. Aydındır ki, Ukraynanın sakit şəraitdə problemlərini həll etməyə çalışması və addım-addım irəriləməsi Kremlin maraqlarına uyğun deyil. Ona görə də növbəti təxribata ehtiyac var idi. Onu da etdilər. İndi Zelenski vaxtının çoxunu və ölkəsinin ehtiyaclarını yenidən separatçılarla mübarizəyə cəlb etməlidir. Kremlə də elə bu lazımdır”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password