“Allaha inam, Vətənə sevgi, Xalqa xidmət, Ölkə Prezidentinə sədaqət” – Cəsarət Əhmədov
Bu şüar Vətənini, torpağını sevən hər kəsin qəlbində olmalıdır!
Aktualinfo.org xəbər verir ki, bu sözləri Azərbaycan Qol Güləşi Federasiyasının prezidenti, Avropa Armrestlinq Federasiyasının vitse-prezidenti Cəsarət Əhmədov Prezident İlham Əliyevin Münhen Təhlükəsizlik Konfransında Ermənistanın Baş naziri Nikol Paşinyanla debatdakı çıxışına münasibət bildirərkən deyib. Federasiya prezidenti daha sonra əlavə edib ki,
“Möhtərəm Prezidentimizin Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı keçirilmiş panel müzakirələrdəki çıxışı qəlbində sonsuz Vətən sevgisini necə yaşatmaq lazım olduğunu bir daha hər kəsə göstərdi: “Onların erməni dövləti var. Mənim məsləhətim belə olacaq ki, onlar ikinci dəfə öz müqəddəratını təyin etmək üçün Yer kürəsində başqa yer tapsınlar, Azərbaycanda yox!”
Federasiya Prezidenti həmçinin onu da bildirib ki, möhtərəm Prezidentimiz, Vətənə təmənnasız xidmət edən əsil vətənpərvər insanlar hər zaman Sizin yanınızdadırlar!
Aktualinfo.org