“Azpetrol” şirkəti Kürdəmirdə yeni yanacaqdoldurma məntəqəsini açdı

 Aktualinfo.org xəbər verir ki, 12 fevral 2020-ci il tarixində “Azpetrol” şirkəti Kürdəmir rayonunda özünün  sayca 92-ci  “Kürdəmir-ASAN” yanacaqdoldurma məntəqəsini (YDM) açdı. Bu “Azpetrol”un Kürdəmir rayonunda 2-ci yanacaqdoldurma məntəqəsidir.  

Yeni “Kürdəmir – ASAN” YDM-i “Azpetrol ltd.” MMC-nin baş direktoru Ceyhun Məmmədov və şirkətin digər əməkdaşlarının iştirakı ilə açılmışdır. Şirkətin Baş direktoru yeni YDM-in açılışı münasibətilə “Azpetrol”un əməkdaşlarına və müştərilərə xeyir-dua verib. 

“Kürdəmir-ASAN” YDM-də həmçinin elektromobillərin enerji ilə doldurulması üçün cihaz da quraşdırılıb. Yeni məntəqənin istifadəyə verilməsi Kürdəmir rayonunda daimi, yeni iş yerlərinin açılması deməkdir ki, bu da Şirkətin fəaliyyətində önəm verildiyi prioritet məsələlərdən biridir. 

 Qeyd edək ki, istismara verilmiş yeni yanacaqdoldurma məntəqəsində 41 nəfər daimi işlə təmin edilib. 

“Kürdəmir – ASAN” YDM – də həm də hər cür şəraiti olan, müştərilərin rahatlığını təmin edən “Azpetrol” şirkətinin sayca 8-ci müasir Moteli istismara verilib. Motel 18 otaqlı olmaq şərti ilə 36 nəfər qonağı qəbul edə bilir. Moteldə 6 nəfər (3 nəfər inzibatçı, 2 nəfər xadimə, 1 nəfər nəzarətçi ) daimi işlə təmin edilib. Açılış mərasimindən sonra  müştərilərə Şirkət tərəfindən müxtəlif hədiyyələr verilib. 

“Azpetrol” şirkəti özünün yanacaqdoldurma məntəqələr şəbəkəsini daha da  genişləndirməsi üzrə işlər aparır. Belə ki, Şirkət Bakı şəhərinin Nizami rayonunda yeni yanacaqdoldurma məntəqəsi“Hotel SPA & Fitnes” mərkəzinin tikintisini davam etdirir.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password