Mövlud Çavuşoğlu: “Bundan şərəf və qürur duydum”

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu “Twitter” səhifəsində Azərbaycanın “Dostluq” ordeni ilə təltif olunması ilə bağlı paylaşım edib.

Sözügedən paylaşımda nazir bundan qürur duyduğunu bildirib.

“Hörmətli Prezident İlham Əliyevin əlindən “Dostluq” ordenini almaqdan şərəf və qürur duydum”, – o vurğulayıb.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev fevralın 5-də Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Dövlət başçısı ona Azərbaycanın “Dostluq” ordenini təqdim edib.

Aktualinfo.org

.

 

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password