Türk ordusundan dəhşətli hücum – Əsədin ən önəmli mövqeləri darmadağın edildi

Suriyanın İdlib şəhərində Türkiyə Silahlı Qüvvələri ilə Bəşər Əsəd rejimi və dəstəkçiləri arasında qarşıdurma davam edir.

Aralarında 1 km məsafə olan tərəflər bir-birilərinin mövqelərinə havadan hücum edir.

Bəşər Əsəd rejimi ünsürləri Xan Tüməndəki müşahidə məntəqəsinə hücum edib. Türk ordusu rejimin hədəflərini atəşə tutub. Türk topçuların vurduğu mövqelərdən biri də Həmadakı helikopter bazası olub. Helikopterlərlə bombalı hücumlar təşkil etmək üçün istifadə edilən bazada böyük partlayışlar olub. Yerli qaynaqlar “Cub Ramla” adlı bu bazanın rejimin əhəmiyyətli partlayıcı depolarından birinin olduğunu bildirir.

Qeyd edək ki, İdlibə 17 km məsafədə yerləşən Sərakib qəsəbəsi dünən rejimə təslim olub. Təzyiqə dayan bilməyən müxalif qüvvələr şəhəri boşaldıb. Qəsəbədə qurulan 4 yeni türk müşahidə məntəqəsi Əsəd rejimi tərəfindən mühasirəyə alınma təhlükəsi ilə qarşı-qarşıyadır.

Əsəd rejimi və İranın depolamağa başladığı İdlibdə “Mehmetçik” 4 milyon dinc sakini qorumaq üçün hərbi tədbirləri sürətləndirib. Bu çərçivədə göndərilən 100 avtomobillik konvoy ötən gün Suriya sərhədini keçib.(publika.az)

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password