Sabiq nazirin oğlunun namizədliyi ləğv edildi

MSK-nın iclasında 46 saylı Şirvan şəhər seçki dairəsi üzrə namizədliyini öz təşəbbüsü ilə irəli sürən bitərəf Rəşad Camalovun ikili vətəndaşlığının olması ilə bağlı DSK sədri tərəfindən daxil olmuş müraciətə baxılıb.

İclasda MSK katibi Arifə Muxtarova bildirib ki, R.Camalov DSK-ya təqdim etdiyi məlumatlarda yalnız Azərbaycan Respublikasının vətəndaşlığının olduğunu, ikili vətəndaşlığının olmadığını və öhdəlik ərizəsində başqa dövlətlər qarşısında öhdəliyinin olmadığını bildirib: “Ancaq sonra məlum olub ki, ona 2006-cı ildə Rusiya vətəndaşlığının olması ilə bağlı pasport verilib. Bu da Azərbaycan Konstitusiyasına ziddir”.

A.Muxtarova 46 saylı Şirvan şəhər Dairə Seçki Komissiyasının R.Camalovun namizədliyinin qeydə alınmasına dair qərarının ləğv edilməsini təklif edib. MSK sədrinin müavini aşkarlanan faktın təəssüf doğurduğunu, seçiciləri məyus etdiyini və xoşagəlməz bir hal olduğunu vurğuılayıb.

MSK sədri Məzahir Pənahov deyib ki, ikili vətəndaşlığın olmaması konstitusion prinsipdir.

Müzakirələrdən sonra R.Camalovun namizədliyinin ləğv edilməsinə dair qərar qəbul edilib.

Qeyd edək ki, R.Camalov mərhum müdafiə sənayesi naziri Yavər Camalovun oğludur.

 

Aktualinfo.org

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password