SDU-da 2 fevral – Gənclər Günü qeyd edildi

Gənclik böyük qüvvədir. Tarixən hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini ilk növbədə gənc nəsillə bağlayır. Bu baxımdan sağlam düşüncəli və savadlı nəslin yetişdirilməsi hər bir ölkə üçün ən başlıca məsələdir.  Azərbaycan gəncləri ölkəmizin dəyərli vətəndaşları olduqlarını öz fəaliyyətləri ilə daima sübut edirlər. Yanvarın 30-da Sumqayıt Dövlət Universitetində  Gənclər Gününə həsr olunmuş təntənəli tədbir keçirildi.  

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Rektor professor Elxan Hüseynov çıxış edərək gəncləri bu əlamətdar gün münasibətilə təbrik etdi, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident cənab  İlham Əliyev tərəfindən uğurla icra edilən gənclər siyasətinin hazırkı gənc nəslin qarşısında yeni-yeni üfüqlər açdığını diqqətə çatdırdı. Bildirdi ki, Ulu Öndər hakimiyyətdə olduğu hər iki dövrdə Azərbaycan gənclərinin müasir tələblərə cavab verən, inkişaf etmiş, yüksək intellektli qüvvə kimi formalaşması üçün çalışmışdır.Ulu Öndər gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab edərək, gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirirdi, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verirdi, bu siyasəti müstəqil Azərbaycan dövlətinin ən mühüm fəaliyyət istiqamətlərindən biri kimi dəyərləndirirdi. Ulu Öndərin gənclərlə bağlı imzaladığı bir çox sənədlər isə respublikanın ictimai-siyasi həyatında gənclərin daha fəal iştirakları üçün şərait yarat, gənclər siyasətinin məqsəd, prinsip və istiqamətlərini, təşkilati-hüquqi əsaslarını müəyyən etdi. Bütün bunlar ulu öndər Heydər Əliyevin gənclərə böyük qayğısının sübutu idi. Gənclərə öz tövsiyyələrini verən rektor onu da bildirdi ki, bu gün ölkəmizin sürətli iqtisadi inkişaf yoluna qədəm qoyması ölkə başçısının düşünülmüş siyasətinin nəticəsidir. Dövlət başçısının uzaqgörənliklə reallaşdırdığı bu siyasətin həyata keçirilməsində gənclərin də üzərinə mühüm vəzifələr düşür. Bu gün Azərbaycanın gəncliyi ölkəmizin sabahını yalnız Prezident cənab İlham Əliyevlə bağlayır, öz həyat və yaradıcılığını xalqına, Vətəninə və dövlətinə həsr etməyə hazır olduğunu əməli fəaliyyəti ilə sübut etməyə çalışır.
        Sonra  universitetin ictimai həyatında fəal iştirak etmiş bir qrup gənc rektor professor Elxan Hüseynov tərəfindən fəxri fərmanla təltif olundu. 

Tədbirdə respublikamızın tanınmış sənətkarlarının və universitetimizin Səma rəqs qrupunun ifa etdiyi rəngarəng rəqslər tədbir iştirakçılarına xoş əhval-ruhiyyə bəxş etdi. 

  Aktualinfo.org

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password