Moskvada Leyla Əliyevanın təşəbbüsü ilə konfrans keçirildi

Moskvada Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) sədri Leyla Əliyevanın təşəbbüsü ilə “Rusiyanın azərbaycanlı gəncləri” mövzusunda konfrans keçirilib.

Konfransda RAGB-nin fəalları, Azərbaycan diasporunun, Rusiyanın dövlət orqanlarının, gənclər təşkilatlarının nümayəndələri, bloqqerlər iştirak ediblər. Tədbirdə elm və təhsil, idman, mədəniyyət və digər sahələrdə birgə layihələrin hazırlanması və həyata keçirilməsi məsələləri müzakirə olunub.

RAGB layihələrinin əlaqələndiricisi Ramin Rəcəbov konfransı açaraq Heydər Əliyev Fondunun vitse-prezidenti, RAGB-nin sədri Leyla Əliyevanın adından iştirakçıları salamlayıb, onlara uğurlu iş arzulayıb. O qeyd edib ki, RAGB konfransının Azərbaycanda fevralın 2-də qeyd olunan Gənclər Günü ərəfəsində keçirilməsi əlamətdar haldır. Bu yaxınlarda 10 illik yubileyini qeyd etmiş RAGB-nin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə gördüyü işlərdən danışan R.Rəcəbov təhsil, mədəniyyət, ekologiya, səhiyyə və digər sahələrdə gerçəkləşdirilmiş layihələrdən söz açıb. “Fərəhləndirici haldır ki, azərbaycanlı gənclər Rusiya cəmiyyətinə fəal inteqrasiya etməklə yanaşı, öz köklərini, adət-ənənələrini də yaddan çıxarmırlar”, – deyə o bildirib.

RAGB-nin məsul katibi Ceyhun Hüseynov çıxışında Azərbaycanda rus dili və ədəbiyyatına dövlət qayğısından danışıb. O vurğulayıb ki, gənclər Rusiyada və Azərbaycanda baş verən prosesləri diqqətlə izləyir, bir-birinin sevincinə şərik olurlar. Xalqlarımız arasında mehriban dostluq münasiblərinin qurulması dövlət başçıları İlham Əliyev və Vladimir Putinin müdrik siyasətləri sayəsində mümkün olub.

“Yedinaya Rossiya” partiyasının “Molodaya qvardiya” təşkilatının Beynəlxalq istiqamət rəhbərinin müavini Valeriya Sidorenko RAGB ilə ən müxtəlif istiqamətlərdə müştərək layihələrin həyata keçirildiyini bildirərək deyib ki, siyasi-sosial yönümlü parlament debatları mövzusunda birgə tədbir uğurla keçirilib. “Düşünürəm ki, bu cür tədbirlərin ardıcıl keçirilməsi məqsədəuyğundur. Gənclər özləri də birgə işləməkdə maraqlıdırlar. Olduqca vacib məsələlərin müzakirə edildiyi bugünkü konfransda həm Moskvada, həm də regionlarda təhsil alan azərbaycanlı gənclərin iştirakı bizi çox sevindirir. “Molodaya qvardiya” və RAGB kimi təşkilatlar gəncləri istiqamətləndirir, onlara öz potensialından düzgün istifadə etməkdə yardımçı olur. Rusiya və Azərbaycan gəncliyinə yalnız irəli getməyi, çətinliklərdən qorxmamağı arzu edirəm”, – deyə V.Sidorenko vurğulayıb.

“Molodyoj Daqestana” nəşrinin müxbiri Mariya Malova hələ tələbəlik illərindən RAGB ilə sıx əməkdaşlıq etdiyini bildirib: “O zamanlar da RAGB üzvləri hər zaman fəallıq göstərirdilər. İndi mən və yaşıdlarım artıq tələbə olmasaq da, tələbələri dəstəkləmək, onların problemləri və planları ilə maraqlanmaq üçün bu gün buraya toplaşmışıq. Nə yaxşı ki, azərbaycanlı dostlarımla əlaqələrimizi itirmirik”.

Konfransda Azərbaycan diasporunun nümayəndəsi, iqtisad elmləri namizədi, dosent Aybəniz Rüstəmova, “Könüllü tibb işçiləri” Ümumrusiya İctimai Hərəkatının əlaqələndiricisi Olqa Nikitina, Dövlət Duması deputatının köməkçisi Yuliya Şmantsr, RAGB fəalı İlahə Ələkbərova və başqaları iki ölkə gənclərinin əməkdaşlığından, aktual sosial mövzularda birgə layihələrin hazırlanmasının əhəmiyyətindən danışıblar.(AzərTAc)

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password