“Xocalı tarixin qan yaddaşı” beynəlxalq sərgisi ilk olaraq Biləsuvarda baş tutacaq
“Emedia Group” media təşkilatının təşkilatçılığı ilə peşəkar rəssamların və heykəltaraşların əsərlərindən ibarət “Xocalı tarixin qan yaddaşı” beynəlxalq sərgi ilk olaraq fevralın 2-də saat 14:30 da Biləsuvar rayonunda yerləşən Heydər Əliyev Mərkəzində baş tutacaq.
Trend-in məlumatına görə, tədbir Bakıdan siyasi və ictimai xadimlər, dini xadim Hacı Şahin Həsənli, peşəkar rəssamların və s. iştirakı ilə baş tutacaq.
Xatırladaq ki, 28 noyabrda mətbuat konfransı ilə start verilən layihə məhz hər il Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə baş tutan “Xocalıya ədalət” beynəlxalq kampaniyasında Xocalı soyqırımının 28-ci il dönümünə həsr olunub.
01-15 fevral 2020-ci il regionlarımızda – Biləsuvar, Quba (Soyqırım Memorial Kompleksi), Gəncə şəh.
16-26 fevral 2020-ci il ölkəmizdən kənarda – Gürcüstan, Rusiya, Türkiyə (Ankara, İstanbul)
28 fevral 2020-ci il yekun – BAKI şəhərində baş tutacaq.