Fevralın 9-da Milli Məclisə keçiriləcək deputat seçkiləri yaxınlaşdıqca namizədlər arasında da mübarizələr qızışır. Namizədlər arasında daha çox yaranan mübahisə bir neçə dəfə Milli məclisə üzv seçilmiş yaşlı deputatların namizədliyini irəli sürdüyü dairələrdə özünü göstərməkdkdir. Namizədlər və seçicilərin iradlarına, narazılıqlarına baxmayaraq deputat kreslosunu buraxmaq istəməyənlərdən biri də 28 saylı Sabunçu III seçki dairəsindən namizədliyini irəli sürmüş Eldar Quliyevdir. Qeyd edək ki, Eldar Quliyev İkinci, Üçünçü, Dördüncü və Beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini vəzifəsini daşıyan Eldar Quliyevin Respublikada aqrar sahənin inkişafına tövhə verə biləcək nə kimi işlər görməsi barədə konkret heç nə deyə bilməsək də,onun bir deputat kimi Milli Məclisdəki fəaliyyətini bəzilərinə baxanda qənaətbəxş hesab etmək olar. Yəni, Eldar Quliyev bir çoxları kimi illərlə ağzına su alıb oturanlardan deyil, Amma hər məsələyə münasibət bildirən,daim irəlidə olanlardan da deyil. Lakin Eldar Quliyevin Azərbaycan Kooperasiya Universitetinin rektoru kimi fəaliyyəti barədə dövrü mətbuatda da, sosial şəbəkələrdə də tez tez narazılıqlarla dolu məlumatlara rast gəlinir.
Qeyd edək ki, 1993-cü ildən İdarə Heyətinin sədri vəzifəsinə seçilərək bu günə kimi Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı İdarə Heyətinin sədri vəzifəsini zəbt etmiş, 2011-ci ildən Azərbaycan Kooperasiya Universitetinin rektoru olan Eldar Quliyev kifayət qədər gücə malik bir insandır. Bu gücü isə təbii ki,uzun illərdir rəhbəri olduğu qurumlardan əldə etdiyi kapital vasitəsi ilə əldə edib. Dövrü mətbuatda onun böyük biznes şəbəkəsinin olduğu və zaman-zaman Azərbaycan Mərkəzi Kooperativlər İttifaqına məxsus bazaları müxtəlif yollarla özəlləşdirərək daha baha qiymətlərlə böyük şirkətlərə kirayə verməsi, nəzarətində çoxsaylı market və obyektlərin olması barədə çoxsaylı məlumatlar yayılıb. Rəhbərlik etdiyi Azərbaycan Kooperasiya Universitetinə gəldikdə isə burada narazılıqlar hər il artmaqda davam edir.
Sözügedən universitetin rüşvət ocağına çevrilməsi bu gün heç kimə sirr deyil. Hətta burada təhsil almayan tələbələr belə, bir imtahandan keçmək üçün qiymətin 100-300 manat arasında olduğunu bilirlər. Hər semestrdə 6-7 imtahanın keçirildiyini nəzərə alsaq,burada nə qədər pul toplanıldığını hiss etmək olar. Qeyd edək ki,universitetdə daha çox aşağı bal toplayan,valideynləri inkanlı olan tələbələrin çoxluğu dekan və müəllimlərin sərbəst hərəkət etməsinə şərait yaradır. Burada tələbələrin öz savadları ilə imtahanlardan müsbət qiymətlər alması mümkün deyil. Qeyd edək ki, hazırda imtahanlar olduğu üçün universitetdə “bazar” açılıb və əsl “alver” gedir: Əslində bu proses burada ilboyu davam edir. Amma imtahan vaxtı “alver”daha da güclənir. Açıq-aşkar, hər şey hamının gözləri qarşısında baş verir. Rəhbərlik tələbələrə müştəri gözü ilə baxır. Pul verməyən imtahandan keçə bilmir. Yalnız çox savadlı olanlar imtahandan pul vermədən keçə bilirlər ki, o da çətinliklə və aşağı qiymətlərlə… Qəribəı burasıdır ki,pul birbaşa universitetin kassasına ödənilir. Kassadan möhür vurulmuş kağızı dekanlığa təqdim etdikdən sonra tələbə imtahandan qiymət almış hesab edilir.Bu da yığılan pulların bir ələ cəmləşdirilməsi deməkdir.
Azərbaycan Kooperasiya Universitetinin nəzdində fəaliyyət göstərən Kooperasiya Kollecində də analoji hallar baş verir. Direktoru Eldar Quliyevin qardaşı qızı olan Fatimə Quliyeva Kollecə illərdir rəhbərlik edir. Kollecdə xanım direktorun sağ əli sayılan Vaqif Mahmudov konkret “pul yığımı”nı həyata keçirən şəxsdir. Kollec daxilində heç bir tələbə pulsuz imtahan vermir və bunun üçün heç bir şərait də yaradılmır. Semestr üzrə imtahanların qiyməti 300-400 manat bəzən də 500 manat civarında dəyişir.
Aktualinfo.org-un əldə etdiyi son məlumatlara görə universitetdə bu qanunsuzluqların ayaq açmasına əsas səbəb Eldar Quliyevin deputatlıq statusudur. Yəni Eldar Quliyev deputat səlahiyyətlərindən istifadə edərək rəhbərlik etdiyi təhsil müəssisəsində hər cür qanunsuzluqların baş verməsinə şərait yaradır.Onun bir daha deputat olmaq istəyi universitetdəki hegemonluğunu davam etdirmək üçün hazırlanmış bir plandır.Əgər seçilməsə bu Universitetin də təhsilin səviyyəsinin aşağı olduğuna və ali təhsil müəssisəsinin rüşvət ocağına çevrilməsi baxımından fəaliyyətinin dayandırılması da qaçılmazdır. Məlumatlara görə onun deputatlığa bu qədər can atmasının səbəbi ancaq Kooperasiya Universitetini əlində saxlamaqla bağlıdır.
Aktualinfo.org