Nazirlər Kabinetində əmək münasibətlərinin tənzimlənməsinə dair müşavirə keçirilib
Yanvarın 17-də Nazirlər Kabinetində Prezident İlham Əliyevin yanvarın 13-də keçirdiyi müşavirədə hökumətə tapşırıqlarının icrası ilə əlaqədar iclas keçirilib.
Nazirlər Kabinetinin Mətbuat Xidmətindən mətbuata verilən məlumata görə, ilk müşavirə qeyri-rəsmi məşğulluğun leqallaşdırılması məsələsinə həsr olunub.
Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədiv bildirib ki, Prezident İlham Əliyev yanvarın 13-də 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə hökumət qarşısında 25-dən çox tapşırıq qoyub. Nazirlər Kabineti bu tapşırıqları sistemləşdirib və həyata keçirilməsi üçün Tədbirlər Planı hazırlayıb, bununla bağlı müvafiq sərəncam imzalanıb.
Baş Nazir Əli Əsədov deyib ki, Prezident İlham Əliyev müşavirədə qeyri-formal məşğulluğun qarşısının alınması və şəffaflığın genişləndirilməsini xüsusi vurğulayıb və bu müşavirə Prezidentin tapşırıqlarının icrası üçün keçirilən ilk iclasdır.
Baş Nazir qeyd edib ki, son iki ildə Dövlət Sosial Müdafiə Fonduna ödəmələrin 37 faizdən çox artması aparılan islahatın real göstəricisidir. Görülən işlərin nəticəsində vergi bazası da genişlənməkdədir: “Amma, Azərbaycan Prezidentinin siyasi iradəsi belədir ki, bu iş daha da güclənməlidir”.
Tədbirlər Planında nəzərdə tutulmuş məsələlərin həlli ilə bağlı bu günədək görülmüş işlər və qarşıda duran vəzifələr barədə məlumat verən Baş Nazirin müavini, Komissiyanın sədri Əli Əhmədov deyib ki, son 15 ildə ölkədə 2 milyondan çox yeni iş yeri yaradılıb, işsizliyin səviyyəsi 5 faizə enib: “Tədbirlər planı 5 bölmədən 36 maddədən ibarətdir. İndiyədək həmin maddələrin 18-i tam, 7-si qismən icra edilib, 11 maddə üzrə işlər mütəmadi icra olunacaq. Ümumilikdə görülmüş işlər müsbətdir. 2017-ci ilin ikinci yarısından 2019-cu ilin sonunadək ümumilikdə 300 minədək əmək müqaviləsinin artımı müşahidə olunub. İlbəil dinamikanın artması da yaxşı göstəricidir. Təkcə 2019-cu ildə bu göstərici 153 min olub. Həmin 300 minədək artım ümumilikdə məşğul əhalinin faiz etibarilə artımının 21,2 faizi deməkdir.
Əmək və sosial hüquqlarının qorunması ilə bağlı görülən işlər barədə məruzə edən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayeb deyib ki: “2019-cu ildə 153 min əmək müqavilələrinin artımının 99 mini məhz özəl sektorun payına düşür”.
İqtisadiyyat naziri Mikayıl Cabbarov isə qeyd edib ki, qeyri-rəsmi məşğulluğun qarşısının alınması istiqamətində 2019-cu ildə yerlərdə bir çox operativ vergi tədbirləri keçirilib. İl ərzində 7294 pozuntu fakt aşkarlanıb və qanunvericilyə uyğun olaraq ilk hal olduğu üçün sahibkarlara yazılı xəbərdarlıq olunub. Lakin bundan nəticə çıxarmayaraq təkrarən belə addım atan şəxslərə 268 min manat maliyyə sanksiyası tətbiq olunub, 27 fakt üzrə cinayət işi açılıb. İl ərzində vergi orqanlarının xətti ilə sosial sığorta haqları üzrə daxilolmalar 26 faiz artaraq 2 milyard 931 milyon manat təşkil edib, proqnoz 105,8 faiz icra olunub”.
Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov deyib ki, ötən 2 ildə Komissiyanın fəaliyyəti nəticəsində mühüm nailiyyətlər əldə olunub, çox güclü institusional baza yaradılıb. Real nəticələr görülən işlərin dinamikasinda da özünü göstərir. Dövlət Statistika Komitəsi İqtisadiyyat və Əmək və Əhalinin Sosila Müdafisəi nazirlikləri ilə birgə razılaşdırılmış metodologiya əsasında qeyri-formal məşğulluğun səviyyəsinin qiymətləndirilməsi üzrə təhlillər aparılıb. Bu təhlillərə beynəlxal ekspertlər cəlb olunub və beynəlxalq metodologiya əsasənda hazırlanıb.
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib: “Təhlillər göstərir ki, qeyri-leqal məşğulluğun yüksək olduğu sahələrdən biri də tikinti sahəsidir. 2017-2019-cu illərdə bu sahədə 171 monitorinq həyata keçirilib, 170 min 600 əmək müqaviləsi imzalınıb ki, onların 90 min 451-i və ya 45 faizi sırf bu monitorinqlər nəticəsində işəgötürənlər tərəfindən bağlənmış müqavilələrdir. Yəni monitorinqlər bu sektorda 45 faiz əmək müqavilələrinin rəsmiləşdirilməsinə imkan yaradıb”.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev qeyd edib ki, tikinti sahəsində qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması istiqamətində görülən işlər çərçivəsində komitə tikintiyə dair verdiyi icazələr, icazə alımış hüquqi və fiziki şəxslər barədə məlumatları Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzinə göndərir.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Səttar Möhbalıyev qeyd edib ki, son dövrlərdə əmək hüquqlarının müdafiəsi ilə bağlı Azərbaycanda görülən işlər Beynəlxalq Əmək Təşkilatında yüksək qiymətləndirilir.
Müzakirələrdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə, Bakı Nəqliyyat Agentliyinin rəhbəri Vüsal Kərimli, Daxili işlər nazirinin müavini İsmət Əliyev, Fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyev, Sahibkarlar Konfederasiyasınnı sədri Məmməd Musayev iştirak ediblər.
Sonda məsələni nəzarətdə saxlamaq, vaxtaşırı hesabat hazırlanması üçün müvafiq qurumlara tapşırıqlar verilib və Prezidentin tapşırığına əsasən sıx koordinasiyanın vacibliyi qeyd edilib.
Aktuialinfo.org