Rusiyada hökumətin istefası: Putin nə etmək istəyir?

Rusiya hökuməti Prezident Vladimir Putinin hakimiyyətdə qalmaq üçün konstitusiyaya dəyişikliklər təklifindən bir neçə saat sonra istefa verib.

Bu məsələ ictimaiyyət tərəfindən təsdiqlənsə hakimiyyət prezidentlikdən parlamentə keçəcək.

Cənab Putin dördüncü səlahiyyət müddəti başa çatdıqda 2024-cü ildə istefa verəcək.

Ancaq onun bundan sonra özünə yeni rol axtara biləcəyi və ya pərdə arxasında iqtidarı ələ ala biləcəyi barədə fərziyyələr var.

Cənab Putin parlamentə illik müraciətində dəyişiklik planlarını irəli sürüb. Daha sonra gözlənilmədən Baş nazir Dmitri Medvedyev hökumətin dəyişiklikləri asanlaşdırmaq üçün istefa etdiyini açıqlayıb.

Rusiya hökumət mənbələri BBC-yə açıqlamasında nazirlərə açıqlamadan əvvəl hökumətin istefası barədə məlumat verilmədiyini söyləyib.

“Bu, tamamilə sürpriz oldu”, – bir mənbə bildirib.

Putin nə təklif edir?

Rusiya lideri parlamentin hər iki palatasında çıxışı zamanı hakimiyyəti prezidentlikdən parlamentə keçirəcək dəyişikliklərə dair ümumxalq səsverməsi olacağını söyləyib.

Konstitusiya islahatları parlamentin aşağı palatasına, Dövlət Dumasına, Baş nazir və kabinetin təyin edilməsi üçün “daha böyük məsuliyyət” verilməsini özündə ehtiva edir.

Hazırda Prezident Baş naziri təyin edir və Duma bu qərarı təsdiqləyir.

Rusiya hökuməti Prezident Vladimir Putinin konstitusiyaya dəyişikliklər təklifindən bir neçə saat sonra istefa verib. Bu dıyişliklər Putinin hakimiyyətdə daha uzun müddətdə qalmağına şərait yarada bilər.

Bu məsələ ictimaiyyət tərəfindən təsdiqlənsə hakimiyyət prezidentlikdən parlament idarəetməsinə keçəcək.

Cənab Putin dördüncü səlahiyyət müddəti başa çatdıqda, yəni 2024-cü ildə istefa verəcək.

Ancaq onun bundan sonra özünə yeni rol axtara biləcəyi və ya pərdə arxasında iqtidarı ələ ala biləcəyi barədə fərziyyələr var.

Cənab Putin millət vəkillərinə illik müraciətində dəyişiklik planlarını irəli sürüb. Daha sonra gözlənilmədən Baş nazir Dmitri Medvedev hökumətin dəyişiklikləri asanlaşdırmaq üçün istefa etdiyini açıqlayıb.

Rusiya hökumət mənbələri BBC-yə bildirib ki, nazirlərə açıqlamadan əvvəl hökumətin istefası barədə məlumat verilməyib.

“Bu, tamamilə sürpriz oldu”, – bir mənbə bildirib.

Putin nə təklif edir?

Rusiya lideri parlamentin hər iki palatasında çıxışı zamanı hakimiyyəti prezidentlikdən parlamentə keçirəcək dəyişikliklərə dair ümumxalq səsverməsi olacağını söyləyib.

Konstitusiya islahatları parlamentin aşağı palatasına, Dövlət Dumasına, Baş nazir və kabinetin təyin edilməsi üçün “daha böyük məsuliyyət” verilməsini özündə ehtiva edir.

Hazırda Prezident Baş naziri təyin edir və Duma bu qərarı təsdiqləyir.

Cənab Putin, Dövlət Şurası adlı bir məsləhət orqanının rolunu artırmağı da təklif edib. Hazırda onun rəhbərlik etdiyi məclisə Rusiyanın federal bölgələrinin rəhbərləri daxildir. Vladimir Putin bu məclisin “yüksək effektivliyə” malik olduğunu sübut etdiyini bildirib.

Digər tədbirlərə daxildir:

· Beynəlxalq hüququn üstünlüyünün məhdudlaşdırılması

· Prezidentlərin iki dəfə ardıcıl hakimiyyətdə olmasını məhdudlaşdıran qaydalara dəyişiklik edilməsi

· Xarici vətəndaşlığı və ya xaricdə yaşayış icazəsi olan/olmuş şəxslərin prezidentliyə namizədliklərini qadağan edən qanunların gücləndirilməsi

Cavab nə olub?
Cənab Medvedyev hökumətin qərarını dövlət televiziyasından elan edərkən Prezident Putin onun yanında oturub.

“Bu dəyişiklər qəbul olunduqda … təkcə konstitusiyanın bir sıra maddələrinə deyil, hökumətin bütün güc strukturlarına – icra hakimiyyətinə, qanunverici hakimiyyətə, eləcə də məhkəmə hakimiyyətinə əhəmiyyətli dəyişikliklər olacaq”, – cənab Medvedev cənab Putinin təklifləri barədə danışarkən deyib.

“Bu çərçivədə … hazırkı formada hökumət istefa etdi”.

Cənab Putin işlərinə görə Dmitry Medvedevə təşəkkür edib, lakin “hər şeyin” yerinə yetirilmədiyini də bildirib.

O, cənab Medvedyevdən özünün başçılıq etdiyi Milli Təhlükəsizlik Şurası rəhbərinin müavini olmasını istəyib.

Prezident daha sonra cənab Medvedyevi Baş nazir vəzifəsində əvəz etmək üçün vergi xidmətinin rəhbəri Mixail Mishustinin namizədliyini irəli sürüb.

Cənab Medvedyev bir neçə ildir Baş nazirdir. Əvvəllər, o, 2008-2012-ci illərdə yaxın müttəfiqi Vladimir Putinlə rollarını dəyişib və sonuncu iki dəfə prezident vəzifəsini icra etdikdən sonra dövlətin başına keçib. Rusiya konstitusiyası prezidentlərə ardıcıl yalnız iki müddətə xidmət etməyə icazə verir.

Hələ Baş nazir olarkən Putinə o zamankı Prezident Medvedyevin arxasında duran güc kimi baxılırdı.

Müxalifət lideri və Kremlin aparıcı tənqidçisi Aleksey Navalny konstitusiya dəyişiklikləri ilə bağlı keçiriləcək hər hansı bir referendumun “saxta ləkə” olacağına inandığını söyləyib. O, deyib ki, cənab Putinin məqsədi “ömür boyu yeganə lider” olmaqdır.

Rusiyada referendum sonuncu dəfə Putinin sələfi Boris Yeltsinin rəhbərliyi ilə konstitusiyanı qəbul edərkən – 1993-cü ildə keçirilib.

Vladimir Putin 1999-cu ildə cənab Yeltsinin istefasından sonra Prezident vəzifəsini icra edib və bir il sonra rəsmi olaraq bu vəzifəyə başlayıb. O, bu günə qədər – Prezident və ya Baş nazir kimi fəaliyyət göstərib.(BBC)

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password