Səfər Əbiyevin oğlu 19 milyonluq əmlaka necə sahib oldu?

Hazırda Çexiyada yaşadığı bildirilən keçmiş müdafiə naziri Səfər Əbiyevin böyük oğlu Ruslan Əbiyev də artıq 4 ildən çoxdur ki, Azərbaycanı tərk edib və İstanbulda, məşhur Laləli prospektində otelçilik şirkətini idarə edir.

Aktualinfo.org xəbər verir ki, jurnalist Hafiz Babalının araşdırmasına görə, Ruslan Əbiyev İkiem Altın Otelcilik ve Turizm Ticaret Anonim Şirkətində əsas payları 2015-ci ilin dekabr ayında Azərbaycan vətəndaşları İmran Əhməd oğlu Məmmədovdan və İlham İbrahimovdan satın alıb. Şirkətin İdarə Heyətinə sədr seçiləndən 4 ay sonra onun kapitalını 11 milyon lirədən 19 milyon lirəyə qaldırıb.

Hazırda şirkətin 15,2 milyon lirə dəyərində səhmləri ona məxsusdur. 2019-cu ilin sonunda İkiem Altın Otelcilik ve Turizm Ticaret A.Ş. Hayriyye Tüccari, 33 ünvanından yaxınlıqdakı Laləli, 43 ünvanına köçüb. Hər iki ünvanda çoxsaylı ticarət və xidmət obyektləri fəaliyyət göstərir. Türkiyənin rəsmi mənbələrinə görə, Ruslan Əbiyev hələ də Bakıdakı “Qızıl Şərq” hərbi şəhərciyindəki mənzilində qeydiyyatdadır.

Bakıda onun Nəcəf bəy Vəzirov küçəsindəki mənzillərdən birində dövlət qeydiyyatına alınmış bir şirkəti də var. “Erebus” MMC-ni yaradarkən onun 22 yaşı vardı. 2015-ci ilin əvvəlində yerli media Ruslanın vergi orqanlarında çalışdığını yazırdı. Lakin indi vergi xidmətində bu adda şəxs yoxdur. Deyəsən, o da Azərbaycanı həmişəlik tərk edib.

Səfər Əbiyevin oğlu 19 milyonluq əmlaka necə sahib oldu?
Səfər Əbiyevin oğlu 19 milyonluq əmlaka necə sahib oldu?
Səfər Əbiyevin oğlu 19 milyonluq əmlaka necə sahib oldu?

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password