Ceyhun Bayramova bircə sual – Kənd məktəblərinə ayrılan odun pulu harada və necə yandırılır?

Azərbaycanda qış fəslinin dekabr ayında başlamasına baxmayaraq bir neçə dağ rayonlarından başqa demək olar ki respublika ərazisinə qar düşməyib.Bu da ölkə ərazisində havanın o qədər də soyuq olmadığına işarə edir. Buna baxmayaraq rayonlarda orta ümumtəhsil məktəblərinin qızdırılması üçün Təhsil Nazirliyi tərəfindən külli miqdarda vəsaitlər ayrılır. Amma sosial şəbəkələrdə, dövrü mətbuatda və televiziyada kənd sakinləri orta məktəblərdə uşaqların soyuqdan dönmasından, direktorlar tərəfindən odun pulu tələb olunmasından şikayət edirlər.
Aktualinfo.org bir müddət öncə bu problemə toxunmuş, kənd orta məktəblərinin qızdırılmasında ciddi nöqsanlara yol verildiyini əks etdirən silsilə yazılar dərc etmişdi.Bu istiqamətdə apardığımız araşdırmalarmalardan sonra üzləşdiyimiz mənzərə daha acınacaqlıdır.Təhsil Nazirliyi Ərazi Maliyyə Hesablaşma Mərkəzləri tərəfindən kənd məktəblərinin isidilməsi məqsədi ilə odun yanacağının alınması üçün elan olunmuş bütün tenderlərin keçirilməsində dövlət vəsaitinin kənarlaşdırılması hallarına yol verildiyi açıq-aşkar görsənməkdədir.Burada quru odun yanacağının qiymətləri ya gizlədilir və yaxud da çox yüksək yazılır.Alınan odun yanacağının harada yandırıldığı isə sual altındadır.
Qeyd edək ki, Şimal -Qərb zonasının Şəki,Oğuz Qəbələ rayonlarını əhatə edən 4 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin 22.07 2019-cu ildə odun yanacağının alınması üzrə elan etdiyi tenderi “KRESPO” Məhdud Məsuliyyətli Cəmiyyəti qazanıb. 208900 manat dəyərində odun yanacağının satınalması nizamnamə kapitalı cəmi 2 manat olan bir MMC-yə həvalə olunub. MMC Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsində tenderdə qalib olduğu gündən cəmi üç ay əvvəl,yəni 01.04 2019 -cu ildə vergi uçotuna alınıb. Hüquqi ünvanı Bakı şəhəri Nizami rayonu Məmmədəli Şərifli küçəsi ev 4 göstərilən MMC-nin qanuni təmsilçisi Emil Elçin oğlu Mehdizadədir. Fəaliyyət sferası məlum olmayan bu üç aylıq bir MMC ilə 208900 manatlıq bir müqavilə bağlanarkən satınalmalar haqqında qanununun tələblərinə nə dərəcədə riayət olunub. Axı sözügedən qanunda açıq aşkar deyilir ki, iddiaçi ən azı bir illik fəaliyyəti barədə vergi və digər icra orqanlarından arayış təqdim etməlidir. Sifarişçi təşkilatın bu kimi nüansları nəzərə almaması və yaxud göz yumması dövlət vəsaitinin bilərəkdən talanması anlamına gəlmirmi?
 Eyni hallara Yevlax, Mingəçevir, Ağdaş, Bərdə rayonlarını əhatə edən Təhsil Nazirliyinin 9 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi tərəfindən elan olunmuş tenderlərdə də yol verilməsi açıq-aydın görsənməkdədir.  Bu rayonlardan Ağdaşda 68, Bərdədə 74, Yevlaxda 57, Mingəçevirdə isə 21 ümumtəhsil məktəbləri fəaliyyət göstərir. Əksəriyyətində 5 günlük iş saatı olan bu məktəblər gün ərzində neçə saat qızdırılır? Qeyd edək ki,bu rayonlarda hazırda qış fəsli olmasına baxmayaraq havalar o qədər də soyuq keçmir. Ötən yazılarda da qeyd etdiyimiz kimi bu rayon mərkəzlərindəki  məktəblərin böyük əksəriyyəti qazanxanalar vasıtəsi ilə isidilıir.Kənd məktəbləri isə hələ də valideynlərdən toplanan pullar hesabına odun yanacağı almağa məcbur olurlar. Amma 29.12.2019-cu ildə Təhsil Nazirliyi 9 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi 196000.19 manatlıq odun yanacağının satınalması barədə tender elan ediib. Bu tenderin qalibi isə 10 manat nizamnamə kapitalı olan “Eldar-2014″Məhdud Məsuliyyətli Cəmiyyət olub. Təhsil Nazirliyi “Eldar-2014” MMC -dən 2415 kub metr quru meşə odununun 1 kub metrini 81 manata satın alacaq. . Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlara görə MMC 2014- cü ildə Ağdam rayon Vergilər İdarəsində dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Quliyev Ramil Bulud oğlu olan MMC-nin fəaliyyət sferası barədə heç bir məlumat yoxdur.

Nazirliyin Tərtər, Ağdam, Ağcabədi, Laçın, Füzuli, Xocavənd rayonlarını əhatə edən 10 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi tərəfindən elan olunmuş tenderdə isə odun yanacağının satınalması üçün 298799.60 manatlıq dövlət sifarişi verilib. Amma bir neçə gün öncə televiziyaların birində Ağdam sakinləri orta məktəblərdə odun almaq üçün pul yığıldığı barədə şikayət etmişdi. Şikayətçilər məktəblərin gün ərzində bir-iki saat qızdırıldığını iddia edir, odun yanacağına pul çatdıra bilmədiklərindən soyuq sinif otaqlarında uşaqlarının xəstələndiyini bildiriblər. Bəs Təhsil Nazirliyinin bu rayonlardakı orta məktəblərin qızdırılması üçün ayırdığı 300 min manat civarında dövlət vəsaiti necə olub?  Qeyd edək ki,özügedən rayonların orta ümumtəhsil məktəblərinin odunla təmin edəcək “Təchizat-RA” MMC -də nizamnamə kapitalı 10 manatlıqlardandandır. Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlara görə “Təchizat-Ra” Məhdud Məsuliyyətli Cəmiyyət də Ağdam Vergilər İdarəsində 06.02.2019-cu ildə dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Qədimov İnqilab Əsgər oğlu olan MMC -nin fəaliyyət dairəsi barədə də heç bir məlumat yoxdur.

Nazirliyin Sabirabad,Saatlı,İmişli,Beyləqan rayonlarını əhatə edən 12 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin doğranmış quru odun yanacağının satınalması üzrə 08.01 2020-ci ildə “ATM GROUP” Məhdud Məsuliyyətli Cəmiyyətlə müqavilə bağlanıb. Müqavilənin şərtlərinə görə 5100 kubmetr doğranmış quru odunyanacağı üçün 12 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi yuxarıda adıçəkilən cəmiyyətə 293377.5 AZN pul ödəməlidir. Qeyd edək ki,”ATM GROUP” MMC 24.09.2018-ci ildə Sumqayıt şəhərində,2 saylı Ərazi Vergilər Baş İdarəsində dövlət qeydiyyatına alınıb. MMC-nin nizamnamə kapitalı 5 manat qanuni təmsilçisi isə Orxan Elxan oğlu Əliyevdir. Bu müqavilədən də göründüyi kimi satınalmalar haqqında qanunun tələblərinə riayət olunmamaışdır. Bir il öncə yaradılmış bir MMC-nin illik maliyyə hesabatları

Nazirliyin Gəncə Goranboy, Naftalan, Samux, Kəlbəcər və Xocalı rayonlarını əhatə edən 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin də 09 .01 2020-ci ilədə  istilik enerjisi odun yanacağının satınalması üzrə qalib elan etdiyi “MASTER-OFİS” Məhdud Məsuliyyətli Cəmiyyətin hüquqi ünvanı Neftçala şəhəri,Şəhriyar küçəsi ev7B, qanuni təmsilçisi Bağırov Mirzə Zakir oğlusur.  Nizamnamə Kapitalı 50 manat olanbu MMC 05.02 2015-ciildə 5 saylı Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alınıb. 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin elan etdiyi tenderə görə “MASTER-OFİS” MMC 292050 manat müqabilində 4950 kubmetr odun yanacağını 10 gün müddətinə təmin etməlidir.

Aktualinfo.org ötən yazıda da qazanxana sistemi olmayan orta məktəblərin isidilməsi üçün dövlət tərəfindən hər il külli miqdarda vəsaitin ayrıldığı barədə məlumat vermişdi. Amma bu vəsaitlərin hara sərf olunduğu barədə heç bir məlumat əldə edə bilməmişdi. Ötən yazıda da qeyd etmişdik,indi də bir daha israrla qeyd ediruik ki, ayrılan bu vəsaitlər təyinatı üzrə xərclənmir.Bu gün respublikada kənd məktəblərinin qızdırılması valideynlər tərəfindən toplanan vəsaitlər hesabına həyata keçirilir. Bunu hər birimiz çox yaxşı bilirik. Bəs ayrılan bu qədər vəsait haralara xərclənir. Buna aidiyyatı qurumlar nə üçün səthi yanaşır,dövlət vəsaitinin israf olunmasına niyə göz yumurlar. Çox təəssüflər olsun ki,bu Təhsil Nazirliyi həmişə olduğu kimi bu məsələyə də susqunluq nümayiş etdirdi.

 

Aktualinfo.org

 

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password