“Azər-Türk Bank”da 128 milyonluq qalmaqalla bağlı yeni xəbər: Samir Şərifov və Fərhad Adıgözəlov həbs oluna bilər

2015-ci ildə ölkədə baş verən iki kəskin devalvasiyadan sonra ölkənin bank sistemində baş verən cinayətlərin br qisminin üstü açıldı. Məlum oldu ki, Cahangir Hacıyev rəhbərlik etdiyi Beynəlxalq Bankdan külli miqdarda vəsaiti şəxsi məqsədləri üçün istifadə edib, iş adamlarına böyük həcmli kreditlərin verilməsində korrupsiyaya yol verib. Beynəlxalq Bankda baş verən korrupsiya ilə əlaqədar bankın prezidenti Cahangir Hacıyev həbs olundu. Oxşar problemlər “Bank Standart”, “Azəriqaz Bank” və “Dəmir Bank”da da qeydə alınmışdı. Amma ən maraqlı hadisələr səhmlərinin 75 faizi dövlətə məxsus olan “Azər-Türk Bank”da yaşansa da hansısa sirli əl bankda baş verən maliyyə maxinasiyalarına göz yumdu.Və həmin vaxt banka rəhbərlik edən şəxslər məsuliyyətdən qıraqda qaldılar. Halbuki sözügedən bankda yüz milyon manatdan çox məbləğdə maxinasiyalar edildiyi ilə bağlı təkzibolunmaz məlumatlar yayılmışdı. Görünür, “Azəri-Türk Bank”-ın həmin zamakdakı rəhbərliyini yüksək vəzifəli şəxslər himayə edirmiş…

Məlumatlara görə, üstündən 3 il keçməsinə baxmayaraq “Azər-Türk Bank” ASC-də baş verən qalmaqallarla bağlı yenidən araşdırmalar başlayıb. Və bankda mənimsənilən milyonlarla manat vəsaitin geri qaytarılmasına çalışılır.

Qeyd edək ki, 3 il əvvəl “Azəri-Türk Bank”-da baş verən 128 mlyonluq qalmaqalla bağlı internet resurslarında kifayət qədər məlumat var və bu məlumatların heç biri təkzib olunmayıb.

Həmin məlumatlarda deyilir: “Təqribən 3 il əvvəl ölkədə müşahidə olunan bank böhranı fonunda “Azər-Türk Bank” ASC-nin Müşahidə Şurasının növbədənkənar iclası keçirilərək rəhbərlikdə dəyişiklik edilmişdi. Belə ki, iclasda “Azər-Türk Bank”ın İdarə Heyətinin (İH) tərkibinə dəyişikliklər edilib. Belə ki, Xalid Nurəddin oğlu Əhədov İH-nin üzvü seçilib.

Həmçinin İH-nin sədri vəzifəsinin icrası da müvəqqəti olaraq ona həvalə edilib. O, yeni vəzifəsində Fərhad Adıgözəlovu əvəz edib. Qeyd edək ki, X.Əhədov bundan əvvəl ləğvetmə prosesində olan “Bank Standard” QSC-nin İH-nin sədri olub.

O, həmçinin “Unibank” və “Bank of Baku” ASC-lərdə rəhbər vəzifələrdə çalışıb. Xatırladaq ki, “Azər-Türk Bank” ASC 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 mln. manatdır. Bankın səhmlərinin 75%-i Azərbaycan hökuməti adından çıxış edən Əmlak Məsələləri Dövlət Komitəsinə, 12,37%-i Türkiyənin “Zıraat Bank”ına, 1,08%-i “Zıraat Bank İnternational”a, 6,55%-i “AzRe Təkrarsığorta” ASC-yə, 5%-i isə “Qala Həyat Sığorta” ASC-yə məxsusdur (report.az).

Bu “növbədənkənar iclas” və qəfil dəyişikliklər məsələsi, Qafqaz Xəbər Agentliyi olaraq, bizim də diqqətimizi çəkdi və təcili dəyişikliklərin səbəbini araşdırmağa çalışdıq.

Qafqaznews-a məlumat verən mənbələr bildirdilər ki, Fərhad Adıgözəlovun bank rəhbərliyindən uzaqlaşdırılmasına, habelə İH-də baş verən “kompleks” dəyişikliklərə səbəb külli miqdarda vəsaitin “diqqətdən qaçması” olub. Belə ki, mənbələrin məlumatına görə, “Azər-Türk Bank”da 128 milyon manatlıq qalmaqal yaşanıb və bu işə hüquq mühafizə orqanları da qarışıblar. Qafqaznews-a daxil olan məlumatda bildirilir ki, dekabrın 2-də Fərhad Adıgözəlovun özü də hüquq mühafizə orqanları tərəfindən saxlanılıb və bir gündən sonra sərbəst buraxılıb. Həmçinin, məlumatda sözügedən bankın maliyyə naziri Samir Şərifovun kurasiyasında olduğu bildirilir. Bu və digər məqamlara aydınlıq gətirmək üçün, “Azər-Türk Bank”ın mətbuat katibi Nəsimi Cəfərov ilə əlaqə saxladıq.

O, həqiqətən də dekabrın 2-də İH sədri və bir neçə İH üzvünün bankın idarəçiliyindən uzaqlaşdırıldığını təsdiqlədi. N.Cəfərovun sözlərinə görə, Müşahidə Şurasının qərarı ilə, Fərhad Adıgözəlov və digər bəzi İH üzvləri rəhbrlikdən kənarlaşdırılıb, Rumiyə Məmmədova isə İH-də saxlanılıb və o, hazırda müavin vəzifəsini həyata keçirir. “Bu qəfil dəyişikliklərin səbəbi nə olub?”, – deyə soruşduqda, Nəsimi Cəfərov belə cavab verdi: “Bu, Müşahidə Şurasının qərarıdır. O barədə mən heç nə deyə bilmərəm, hər hansı məlumata malik deyiləm”. Biz 128 milyon manatlıq qalmaqal haqqında da soruşduq.

Nəsimi Cəfərov əvvəlcə “Bilmirəm, məlumatım yoxdur” – deyə bildirsə də, bir qədər düşündükdən sonra “Yalnış məlumatdır” deyə əlavə etdi. Bank rəsmisi “saxlanılma” məsələsini isə belə şərh etdi: “O barədə məlumatlı deyiləm. Amma Fərhad Adıgözəlov dünən (bazar günü – red.) günün birinci yarısında bankda olub, hər hansı saxlanılma barədə eşitməmişəm”. “Bizim mənbələrin sözlərinə görə, saxlanılma hadisəsi ötən həftənin cümə günü baş verib”, – deyə qeyd etdik. “Elə bir məlumat yoxdur… Səhv informasiyadır”, – deyə N.Cəfərov bildirdi.

O, “Samir Şərifovun kurasiyaı məsələsi”nə də toxunaraq bildirdi ki,, “Azər-Türk Bank”ın səhmlərimin 75 faizi Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə aiddir: “Dövlət adından bu səhmlərə nəzarəti Maliyyə Nazirliyi həyata keçirir və maliyyə nazirinin müavini də Müşahidə Şurasında iştirak edir”.

Nəsimi Cəfərov onu da əlavə etdi ki,””Azər-Türk Bank” 2106-cı ili 10 milyon manatdan çox mənfəətlə başa vurmaqdadır: “Ümumiyyətlə, göstəricilərimiz müsbətdir. Bu barədə ilin sonunda ətraflı məlumat açıqlayacağıq”.

Məlumatlı mənbənin sözlərinə görə, “Azəri-Türk Bank”-da araşdırmaların başlaması maliyyə naziri Samir Şərifovun vəzifəsindən uzaqlaşdırılması ilə nəticələnə bilər. Eyni zamanda həmin vaxt banka rəhbərlik edən Fərhad Adıgözəlovun da məsuliyyətə cəlb olunması ehtimalı yüksəkdir.(aztoday.az)

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password