Korrupsiya yuvasına çevrilmiş Şəki Mərkəzi Xəstəxanasından ölkə başçısına müraciət

 Şəki Rayon Mərkəzi Xəstəxanasında genişmiqyaslı  korrupsiya halları, həkim səbatsızlığı və səhlənkarlığı nəticəsində hər iki valideynlərini itirmiş araşdırmaçı jurnalist Məmməd Əhmədoğlu Prezident İlham Əliyevə,Baş prokuror Zakir Qaralova,Səhiyyə naziri Oqtay Şirəliyevə və digər bir sıra aidiyyatı orqanlara müraciat ünvanlayıb.Müraciətdə son bir neçə ildə sözügedən rayon Mərkəzi Xəstəxanasının təmir,tikintisi adı altında əvvəllər və hal hazırda külli miqdarda dövlət vəsaitinin mənimsənilməsi hallarından bəhs edilir, hətta ölkə başçısına yalan məlumat vermiş məmurların fəaliyyətinə toxunulur və bu qanunsuz əməllərin qarşısının alınması üçün təxirəsalınmaz tədbirlər görülməsi xahiş olunur. Aktualinfo.org sözügedən müraciaəti olduğu kimi oxucuların diqqətinə çatdırır.

       Cənab Prezident! Müstəqil mətbuatda çalışdığım dövrdə həmişə əsas vaxtımı  ictimai və dövlət əhəmiyyətli məsələlərin araşdırılmasına həsr etmişəm. Əsasən irimiqyaslı korrupsiya və qanunpozuntusu hallarının vaxtında qarşısının alınması üçün apardığım araşdırmaları ictimaiyyətə və aidiyyatı orqanlara təqdim etmiş, beləliklə də müstəqil dövlətimizə qarşı  bütün sahələrdə planlaşdırılan iqtisadi sabotajların qarşısını nisbətən almağa çalışmışam. Güman edirəm ki, buna qismən də olsa nail omuşam. Çünki, iqtisadi cinayətkarlıqla bağlı dövlətimizi sarsıdan məslələrlə bağlı müxtəlif vaxtlarda şəsən Sizə etdiyim müraciətlərə dərhal reaksiya vermiş və problemlər həllini tapmışdır. Məsələn, hərbi məslələr üzrə müşaviriniz, general-polkovnik Vahid Əliyevin doğma qardaşları Firidun və Vidadi Əliyevlərə general rütbələrini Sizə təsdiq etdirdikdən sonra tibb xidməti polkovniki olan bacısınn da general rütbəsi alması üçün tərtib etdiyi təqdimatı təsdiq üçün masanızın üstünə qoymuşdur. Lakin vaxtında edilən müraciətimizə sonra bir ailənin dördüncü şəxsinə general rütbəsi verilməsi üçün verilən təqdimatı imzalamaqdan çox düzgün olaraq imtina etmiş və bir də belə kobud səhvlərə yol verməməyi hərbi müşaviriniz V.Əliyevin diqqətinə çatdırmısınız. Eləcə də, Avropadan Azərbaycana gətirilən avtomobil oğurluğu ilə bağlı müraciətimizdən sonra yerində verdiyiniz göstərişlər beynəlxalq aləmdə Azərbycanın nüfuzuna olan təsirlərin qarşısını almışdır.  Ictimai və dövlət əhəmiyyətli müraciətlərimizə bir dövlət başçısı kimi vaxtında müdaxilə etməyiniz nəticəsində cəmiyyətimizin dövlətə qarşı inamını nisbətən qoruyub saxlaya bilmişik. Ən maraqlı araşdırmamız isə Sizin 2008-ci ildə prezident seçkisi ərəfəsində Dünya Bankının maliyyə dəstəyilə inşa ediləcək Şəki Rayon Mərkəzi Xəstəxanasının yeni korpusunun təməlqayma mərasimindən sonra Sizin sabiq icra başçısı Nazim İbrahimov tərəfindən vicdansızcasına neçə aldadılmağınız olmuşdur.  Təməlqoyma mərasimində iştirakınızdan və binövrəyə qoyduğunuz gilz kapsula tökdüyünüz betondan  1 həftə sonra xəstəxana tikintisinə səfərbər olunmuş bütün materiallar sökülərək sahiblərinə qaytarılmışdır. Dünya Bankının, Ümümdünya Səhiyyə Təşkilatının və Nazirlər Kabinetinin birlikdə pilot layihə kimi ayırdığı 15 milyon manat pulu isə sabiq icra başçısı Nazim İbrahimov mənimsədiyinə görə, aradan keçən 1 il 3 ay ərzində nəzərdə tutulan yerdə heç bir tikininti işi getməmişdir. Biz məsələni yerində araşdırdıqdan sonra icra başçısının pulları mənimsədiyi üzə çıxmış və “Mühakimə” qəzetinin 29 oktyabr 2009-cu il tarixli, 41-ci sayında “Başçı prezidenti necə aldatdı?” başlıqlı məqalə ilə çıxış etmişdik.   Bu araşdırma məqaləsində yazılanların doğru olub olmamasını yoxlamaq üçün həmin vaxt Zaqatala rayonundan qeyri-rəsmi görüşdən qayıdarkən yolüstü giliz qoyduğunuz obyektə baxış keçirərkən yazdıqlarımızın dəqiqliyinə şübhəniz qalmamışdır. Və dərhal da icra  başçısı Bakya çağrılmış, Şəki Rayon Mərkəzi Xəstəxanasının yeni korpusunun  inşa edilməsi üçün 3 ay vaxt verilmişdir. Doğrudan da hadisələrin sonrakı inkişafı göstərdi ki, 2010-cu ilin aprelin 1-ə Şəki MRX-sı tikilib başa çatmış və 21 aprel 2010-cu il tarixində Sizin sərəncamınız əsasında N.İbrahimov vəzifəsindən azad edilmişdir. Aldığımız məlumatlara görə həmin dövrdə  N.İbrahimov xəstəxana tikintisi üçün rayonda vəzifəli şəsxləri məcbur etmişdir ki, vəzifədə qalmalarını istəyirlərsə gedib Beynəlxalq Bankın Şəki filialından kredit götürüb versinlər binanın tikintisinə. Yazıq vəzifə sahibləri də 2014-2015-ci ilədək banka kredit ödəməklə məşğul oldular. Sonuncu dəfə isə 2015-cu ilin oktyabrında “Prezidentin qəti tapşırığına Şəkidə 4 il 4 aydır əməl olunmur” başlıqlı araşdırma məqaləmizdən iki həftə sonra M.Hacıyev adına Şəki Mərkəzi Xəstəxanasının 2200 kv.m –lik tezalışan politeran maddəsindən çəkilmiş üzlüyü yenə də Sizin göstərişinizdən sonra sökülməyə başlamışdır.

Lakin çox maraqlıdır ki, Şəki Mərkəzi Xəstəxanasının əsaslı və cari təmirlər adı altında hər ili ayrılan 4-6.5 milyon manat pulların taleyi həmişə olduğu kimi qaranlıq qalmaqdadır. Doğrudur, xəstəxananın cari təmiri adı altında məsələn, 2019-cu ilin yanvar və oktyabr ayları üçün keçirilən formal tenderlərdə 3 lot üzrə yerli oliqarx məmurlardan birinə məxsus olan və nizamnamə kapitalı cəmi 10 manat göstərilən “Şəki Səyyar Tikinti-F” MMC-yə 6547000 manat dövlət vəsaitinin ayrılmışdır. Yəni, Şəki RMX-sı üçün nəzərdə tutulan 7 milyon manat vəsaitin 90 faizinin cari təmir adı altında faktiki olaraq mənimsənilməsi baş vermişdir. Çünki bu işlərin yalnız kosmetik icrasının görüntülərinin şahidi olmaq olar. Eləcə də, bu azmış kimi Şəki şəhər İcra Hakimiyyəti də  “Şəki Səyyar Tikinti-F” MMC-yə şəhərin çoxmənzilli binaların dam örtüklərinin təmiri işləri üçün də 2482491 manatlıq müqavilə bağlamışdır. Bəs “görülüb yekunlaşmış bu işlərə” inşaatçı ekspertlər nə qədər vəsait sərf edilməsi barədə rəy verə bilərlərmi? Əsla. Çünki ekspertlər adətən reallığa qiymət verirlər. Budur, 2011-ci ilin yanvarın 27-də dövlət qeydiyyatına alınmış, VÖEN-i 3000578701, ünvanı şəki şəhəri, Salmaz Mümtaz küçəsi ev 6, Nizamnamə kapitalı 10 manat olan və Kərimov Sahib Məmməd Kərim oğlunun adına olan “Şəki Səyyar-Tikinti-F” MMC-nin  tenderlərdə daima qalib gəldiyi irihəcmlı layihələri həyata keçirməyə nə lazımi avadanlığı-texnikası var, nə də işçi qüvvəsi. Qısası, bu MMC ilə Şəki şəhər İH-i və Şəki RMX-sı rəhbərliyi gizli sövdələşərək ayrılan dövlət vəsaitlərinin bir hissəsini  pay mal edirlər.Yoxsa ki, Şəki RMX-nın ehtiyac olan o qədər sahələrin qarşısında ayrılan vəsaitin 90 %-nin yalnız cari təmir adı altında məsrəf edilməsi anlaşılan deyildir.

    Cənab prezident, Sizin 2011-ci ilin noyabrın 17-də açılışında şəxsən iştirak etdiyiniz  müasir tipli Şəki RMX-nın yeni korpusunda mən 2019-cu ilin mayın 25-də və avqustun 21-də əvvəl anamı, sonra isə atamı  həkim səhlənkarlığı ucbatından itirdim. Əziz xəstələrimizə görə ağ xalatlı cəlladlar əvvəlcə dərimizi soydular, xəstəmizi MRT kabinetində girov götürdülər, səhv müalicə edib valideynlərimizin ölümünə səbəb oldular. Sonda isə heç hüzürümüzə də gəlib sadəcə üzürxahlıq belə etmədilər. Məsləilə bağlı qısa araşdırmalardan sonra valideynlərimin ölümünə səbəkar olmuş səhlənkar həkimlərin cəzalandırılması, Şəkidə Səhiyyə sistemində korrupsiyasının dərhal qarşısının alınması barədə faktlar və sənədlər üzrə respublikanın direktiv orqanlarına 16 sentyabr 2019-ci il, təkrar olaraq 18 noyabr 2019-cu il və 21 dekabr aylarında rəsmi müraciətlər etmişdim. Müraciətim araşdırlması üçün Şəki Rayon prokurorluğunda prokuror köməkçisi cənab Vüqar Hacıyevin icraatına verilmişdir. Valideynlərimin səhv diaqnoz qoyulmasıilə sonda onların ölümlərinə səbəbkar olmuş həkimlərin fəaliyyətilə bağlı toplanmış sənədlər Səhiyyə Nazirliyinin daxili təhqiqatlar şöbəsinə göndərilsə də aradan keçən 100 gün ərzində Səhiyyə Nazirliyi Şəki Prokurorluğuna cavab vermək istəmir. Eləcə də Hesablama Palatası tərəfindən Şəki Rayon Mərkəzi Xəstəxanasında baş vermiş və verməkdə davam edən irimiqyaslı korrupsiya faktlarının araşdırlması da Səhiyy Nazirliyinə rəsmən həvalə edilsə də,nədənsə SN-yi bu cinayət faktların açılmasında hələlik maraqlı görünmür. Ona görə  mən də rəsmən bəyan edirəm ki, müstəqil Azərbaycan Dövlətinin qurulması üçün Milli Azadlıq Hərəkatında iştirak etmiş bir fəal, ictimai nəzarət funksiyasını həyata keçirən mətbu orqanın rəhbəri kimi  çoxhörmətli cənab prezident İlham Əliyevdən, cənab nazir Oktay Şirəliyevdən və Baş prokuror cənab Zakir Qaralovdan bir daha xahiş edirəm ki, son 4 ildə Şəki Rayon Mərkəzi Xəstəxanasında baş verən maliyyə və digər qanun pozuntularının araşdılılmasına və günahkarların tezliklə müəyyənləşdirilərək əməllərinə hüqiqi qiymətin verilməsinə göstəriş verəsinz ki, digər sadə insanlar əzizlərini bizim kimi itirməsinlər. Əvvəlcədən minnətdarlığımı bildirirəm. 

Məmməd ƏHMƏDOĞLU Həmidov

“Korrupsiya və Cəmiyyət” jurnalının baş redaktoru, 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password