Polis çavuşunun əməllərindən Vilayət Eyvazova görünməmiş müraciət olundu
Oğuz rayonu, Oğuz şəhəri, H.Əliyev pr.24 –də Elektrik malları mağazasında satıcı işləyən İbrahimov Namiq Vaqif oğlu tərəfindən Aktualinfo.org onlayn qəzet redaksiyasının elektron poçtuna müraciət daxıl olub.Vətəndaş Namiq İbrahimovun müraciəti qeyri-adiliyi ilə fərqlənir. Onun yazdıqlarına görə bir polis əməkdaşı mağazadan kreditlə götürdüyü telefonun pulunu ödəmək istəmir. O da həmin polisin özbaşına əməllərindən Daxili İşlər naziri Vilayət Eyvazova müraciət etməyə məcbur olub.Sözügedən müraciətə heç bir şərh vermədən,olduğu kimi oxuculara təqdim edirik. Namiq İbrahimov yazır:
Mən, Namiq İbrahimov Oğuz şəhərində yaşayır və şəhərdəki elektrik malları mağazasında telefon satışı ilə məşğul oluram.Hazırda Oğuz şəhərində atası Əlipaşanın evində yaşayan, Şuşa Rayon Polis Şöbəsində polis çavuşu işləyən İsayev İbiş Əlipaşa oğlu bizim mağazadan mobil telefon almaq istəmiş və 02 oktyabr 2019-cu il tarixində dəyəri 600 manat olan SAMSUNG Galaxy SM-A 30 S markalı telefonu aylıq 51 manat ödəmək şərtilə 12 aylıq kreditlə almışdır. Lakin ilkin 51 manat ödənişdən sonra ödəniş etməkdən birdəfəlik imtina etmişdir. Dəfələrlə atası Əlipaşanın, özünün yanına gedib kreditin ödənilməsini xahiş etsək də ata və oğul pul ödəməkdən heç bir səbəb göstərmədən imtina edirlər. Belə ki, İ.İsayev şəstlə və xüsusi lovğalıqla qeyd edir ki, mən polis işçisiyəm indi keyfim istəyir krediti heç ödəmirəm. Nə edə bilərsiniz? Şuşa Rayon Polis Şöbəsinin kadrlar şöbəsinə zəng edib xahiş etdik ki, rəisə polis çavusu İ.İsayevin bizə qarşı etdiyi qanunsuz hərəkətlərə son qoyması üçün məlumat versin,tabeliyində olan polis çavuşunu tərbiyələndirsin. Kadrların rəisi bir neçə gün əvvəl söz verdi ki, bu məsləni polis rəisinə məruzə edəcəkdir. Amma xeyri olmadı. Polis İ.İsayev haqqında apardığımız araşdırmadan isə bizə məlum oldu ki, o müxtəlif şəxslərə qarşı da dəflərlə qanunsuz hərəkətlər törədib və 5 dəfə onun barəsində rəsmi şikayətlər göndərilib. Amma nə xeyri. Onunla sonuncu dəfə görüşüb kredit borcunun ödənilməsini xahiş etdikdə konkret olaraq verməyəcəm dedi. Gedin hara istəyirsiniz şikayət edin, mən polis işçisiyəm. Vəssəlam. Biz ona başa saldıq ki, sənin belə yaramaz hərəkətlərindən cənab Vilayət Eyvazova şikayət edəcəyik. Lakin bu xəbərdarlığı da İ.isayev vecinə olmadı. Gedin nazirin özünə şikayət edin, sonra? Son aldığımız məlumata görə polis çavuşu İ.İsayev hazırd Polis Akademiyasında kursda oxuyur və bizim mağazamızdan aldığı telefonu dərhal satıb pulunu mənimsəmişdir. Deməli, o məqsədli formada bizə qarşı dələduzluq etmişdir.
Çoxhörmətli, nazir V.Eyvazov, hesab edirik ki, polis adına ləkə gətirən belə cavan polis əməkdaşının bizə qarşı törətdiyi qanunsuz hərəkətlərinin araşdırılması və qanuni tədbir görülməsi üçün lazımi göstəriş verməyinizi xahiş edir və əvvəlcədən təşəkkürümüzü bildiririk.
Aktualinfo.org