Prezident Samir Nuriyevin yerinə onu təyin etdi
Azərbaycan Prezidenti İlham Əliyev Anar Adil oğlu Quliyevin Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
“Aktualinfo.org” xəbər verir ki, dövlət başçısının digər sərəncamı ilə Anar Quliyev sözügedən komitəyə sədr təyin edilib.
Xatırladaq ki, komitənin öncəki sədri Samir Nuriyev ötən ilin noyabr ayının 1-də İlham Əliyevin sərəncamı ilə Prezident Administrasiyasının rəhbəri təyin edilmişdi.