Dondar Quşçunun keçmiş bələdiyyə sədri: “Bu cinayətin arxasından kənd sakini çıxarsa…”

“Əgər bu cinayətin arxasından kənd sakini çıxarsa, onun bütün nəsil və nəcabətini kürüyüb kənddən çıxardacağıq”.

Bunu redaksiyamıza açıqlamasında Dondar Quşçu kəndininin sabiq bələdiyyəsi Hicran Vəliyeva 10 yaşlı Nərmin Quliyevanın öldürülüb, sonra isə yandırılmasından danışarkən deyib.

Onun sözlərinə görə, hazırda Dondar Quşçu kəndi şokdadır:

“Nərmin bizim kəndin sakinidir. Hadisə balaca bir kənddə baş verib. Qız itkin düşəndən sonra hüquq-mühafizə orqanlarına məlumat verilib. Uşağı tapmaq olardı. Uşağı hadisə yerinə sürüyüb atıblar. Nərminin ailəsini tanıyıram. Mən bələdiyyə sədri işləyəndə nənəsi gəlmişdi, dolana bilmədiklərini dedi. Onlar üçün torpaq sahəsi ayırdım. Həmin vaxt bunlar kirayədə yaşayırdı. Nənə ev tikib qızı və nəvələri ilə həmin evə daşındı. Nərminin özündən başqa iki bacısı var. Atası fəhlədir. Anası da kafedə işləyir, səhər çıxıb axşam gəlir. Qız pis adama rast düşüb. Düşünürəm ki, qızı zorlayıblar. Ya həmin anda ölüb, ya da pis vəziyyətə düşüb. Cinayətkar isə izi itirmək məqsədi ilə onu yandırıb”.

Hicran Vəliyeva bildirib ki, hadisəni kənd sakini İbrahim müəllimin oğlu görüb:

“Baxıb ki, nəsə yanır. Yaxınlaşıb sondürüblər. Həmin oğlanın psixoloji problemləri var. Hazırda hüquq-mühafizə orqanları onu saxlayıb. Amma bununla belə araşdıma gedir. Bütün kənd ayaq üstədir”.(qaynarinfo)

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password