Bakı yol polisinin yeni rəisi Qarabağ veteranıdır

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin rəisi vəzifəsinə təyin olunan Rəşid Piriyev uzun müddətdir daxili işlər orqanlarında işləyir. 

Aktualinfo.org xəbər verir ki, Rəşid Piriyev Şirvan və Beyləqan polis şöbələrinin rəisi olub. Sonuncu vəzifəsi Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəis müavini olub.

Rəşid Piriyevin həm də Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak edib. Bir qardaşı isə şəhid olub.

Xatırladaq ki, dünən Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin rəisi, polis polkovniki Nuşirəvan Səfərov vəzifəsindən azad olunub.

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password