ABŞ – İran gərginliyi kritik həddə: Bu, müharibənin başlanmasına səbəb ola bilər

Tehran İran İnqilabı Keşikçiləri Qvardiyasının (İİKQ) “Quds” xüsusi bölməsinin rəhbəri, general Qasım Süleymaninin İraqda qətlə yetirilməsinə görə intiqam alacaq.

Bu barədə Məqsədəuyğunluq Şurasının katibi Mohsen Rezaye özünün “Twitter” hesabında bildirib.  “Şəhid kimi vəfat edən Qasım Süleymani qardaşlarına qoşulub, ABŞ-dan qisas alacağıq”, – deyə Rezaye yazıb.

Daha öncə bildirilmişdi ki, Süleymani Bağdad hava limanında  İraqın şiə qoşunlarının komandan müavini əbu Məhdi əl-Muhəndislə görüşü zamanı aviazərbə nəticəsində qətlə yetirilib. Zərbəyə görə məsuliyyəti ABŞ üzərinə götürüb, Tehran yüksək rütbəli hərbçinin həlak olduğunu təsdiqləyib. ABŞ tərəfi əl-Muhəndisi Amerika səfirliyinə hücumda ittiham edir.

“Bağdadda İran İnqilabı Keşikçiləri Qvardiyasının (“Sepah”) “Quds” xüsusi bölməsinin rəhbəri, general Qasım Süleymaninin öldürülməsi Yaxın Şərqdə yeni müharibəyə səbəb ola bilər”. Bunu isə amerikalı senator Kris Merfi özünün “Twitter ” səhifəsində yazıb. Onun sözlərinə görə, Süleymani birmənalı olaraq ABŞ-ın düşməni olub.

“Sualı başqa cür qoymaq lazımdır: Amerika təsir gücünə görə İranın ikinci şəxsini Konqresin icazəsi olmadan öldürərkən irimiqyaslı regional müharibəni başlaya biləcəyini həqiqiqətən  anlayırdımı?” – senator qeyd edib.

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password