Zəlzələdən sonra evləri dağılmış Ağsu sakinlərinin harayına kim səs verəcək?

Ağsu rayonu, Kalva kənd sakinləri Hacıyev Asəf Ağasan oğlu, Hacıyeva Gülsənəm Qaçay qızı və Ağaliyeva Gülurə Ağasan qızı tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına, Azərbaycan Respublikasının birinci Vitse-prezidenti Mehriban xanım Əliyevaya, Azərbaycan Respublikasının Baş  Naziri cənab Əli Əsədova, AR-sı Prezidentinin hüquq işləri üzrə köməkçisi cənab F.Ələsgərova, Azərbaycan Respublikasının Baş Prokuroru cənab Zakir Qaralova, Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri K.Heydərova, Azərbaycan Respublikasının Maliyyə Naziri cənab S.Şərifova, Azərbaycan Respublikasının Hesablama Palatasının sədrinə, Ombudsman Aparatının rəhbərinə və            mətbuat orqanlarına müraciət ünvanlanıb. Sakinlər Şamaxı və Ağsu rayonlarında baş vermiş zəlzələdən sonra yararsız hala düşmüş evlərinin təmir olunmasında rastlaşdıqları bürokratik əngəlliklərdən narazılıqlarını bildirir, problemlərinin həll olunması üçün müraciət etdikləri orqanlardan heç bir köməklik olunmadığını müraciətlərində qeyd edirlər. Aktualinfo.org Ağsu rayonu Kalva kənd sakinləri Hacıyev Asəf Ağasan oğlu, Hacıyeva Gülsənəm Qaçay qızı və Ağaliyeva Gülurə Ağasan qızı tərəfindən redaksiyamıza  ünvanlanmış müraciəti olduğu kimi oxuculara təqdim edirik. Onlar yazırlar:

Biz Ağsu rayonun Kalva kənd sakinləri ömrümüz boyu bu kənddə yaşamışıq. 2018-ci ildə baş vermiş məlum zəlzələ zamanı kəndimizdə əsasən köhnədən tikilmiş evlərin divarlarında iri çatlar əmələ gəlmiş, pol sınmış, binövrə daşları uçub daxilə tökülmüş, yaşamaq üçün yarasız vəziyyətə düşmüşdür. Məsələn,

Mən Hacıyeva Gülsənəmin evi 1946-cı ildə sementsiz, torpaq və taxta materialı istifadə edilməklə daş hörgüsüilə tikilmişdir.Ona görə evimizin dörd tərəfindən çatlar əmələ gəlmiş və yaşamaq üçün yarasız vəziyyətə düşmüşdür.  

 Mən, Hacıyev Asəfin evinin zirzəmisində kürsü daşları uçaraq daxilə tökülmüşdür.sanki ev havada qalmışdır.Divarda çoxsaylı çatlar əmələ gəlmişdir. 

 Mən, Ağaliyeva Gülurənin evinindivarları pəncərə və giriş qapısı istiqamətində çatlar əmələ gəlmiş, döşəmə sınıb-sökülüb zirzəmiyə düşmüşdür. 

   Evlərimiz qəzalı vəziyyətdə olduğundan uşaqlarla birlikdə qorxa qorxa yaşayırıq. Dəfələrlə kənd və rayon rəhbərliyinə məsələnin həlli üçün  xahişlər etsək də 1 ildən çoxdur ki, gəlib yerində maraqlanan yoxdur. Cavab verirlər ki, siyahıda adınız var. Təmir olunacaq. Lakin heç kim gəlmir, maraqlanmır. Amma eyni zamanda görürük ki, Kalva kənd icra nümayəndəsi Qədirov Cavid, müavini Əfəndiyev Vüqar ( müxalifətin kənd üzrə gizli nümayəndəsi) Ağsu rayon İcra Hakimiyyəti Aparatının işçisi olan İzay İnayətov( müxalifətçi Vüqar Əfəndiyevin qohumu) əvvəlcə özlərinə məxsus topdağıtmaz kiçik villalarını təmir etdirdikdən sonra Cavid Qədirov özünə yaxın adamların – dədəsi Qədirov Əlistanın, əmisi Qədirov Talıstanın, qudası Niştayev Əhsanın, digər qudası Hilala təzə tikilib təmir olunan  evlərini ehtiyac olmadığı halda yenidən dövlət vəsaiti ayırıb təmir etdirir. Hətta iş o yerə çatıb ki, yerli məmurlar yalnız özlərinə və qohum əqrəbalarına aid evləri təmir etdirməklə yanaşı Cavidin dostu olan Əjdərin də evini əsaslı təmir etməklə yanaşı, həyətində yeni bir irihəcmli talvar da tikdirib. Hesab edirk ki, yerli dövlət məmurlarının bu hərəkəti iqtisadi əxlaqsızlığın son həddidir. Qəzalı vəziyyətə düşən kasıb sakinlərin evlərinin bərpası üçün dövlətimiz tərəfindən ayrılan külli-miqdarda vəsait kənd icra nümayəndəsi Cavid və qohum-əqrəbaları arasında pay-mal edilib talan edilmişdir. Nəticədə yerli məmurların özbaşnalığı biz sadə insanları dövlətdən məqsədli şəkildə narazı salırlar. Odur ki, cənab Prezident Sizdən çox xahiş edirk ki, bizim kəndimizdə özlərini ramiz tatarovlar, nizaməddinlər kimi aparan korrupsiyalaşmış məmurlar barəsində aidiyyatı orqanlara dərhal tədbir görülməsi, və bizim yaşaması mümkün olmayan evlərimizə FHN-nin komissiyasının baxış keçirib təmir olunması üçün vəsait ayrılmasına göstəriş verəsiniz.

 

Aktualinfo.org

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password