Həmyerlimiz Londonda keçirilən mükafatlandırma mərasimində 1-ci yerin qalibi seçildi
2019-cu ilin sonunda, dekabrın 7-də Londonun Park Plaza Westminster Bridge otelində Aesthetics Awards mükafatlandırma mərasimi keçirilib.
Dünyanın 50-dən çox ölkəsindən dəvət olunmuş nüfuzlu qonaq qismində 700-dən çox estetik cərrahların və əməliyyatsız estetika üzrə mütəxəssislərin, 26 əsas kateqoriyada qazandıqları uğurları qeyd etmək üçün Park Plaza Westminster Bridge otelinə toplandılar.
Toplananlar arasında baş ofisi Birləşmiş Krallıqda yerləşən nüfuzlu VMR Şirkətlər Qrupunun rəhbərliyi də təmsil olunub.
Beynəlxalq tədbirdə VMR Şirkətlər Qrupunun Azərbaycandakı nümayəndəliyi olan, VMR Estetik Klinikalar şəbəkəsinin estetik mütəxəssisi Gülsüm Əliyeva şirkət rəhbərliyinin təqdimatı əsasında əməliyyatsız estetika üzrə 2019-cu ilin mütəxəssisi seçilib.
Qeyd edək ki, Gülsüm xanım Əliyeva ölkəmizin ən populyar estetik mütəxəssisidir.
O, bir çox kosmetoloqların icra etdikləri prosedurların, xüsusilə də gənc xanımlara vurulmuş süni dolğuların uğursuz nəticələrinin bərpası ilə məhşurdur.
VMR Estetik Klinikası isə əməliyyatsız estetik prosedurlar üzrə ölkəmizdə yeganə ixtisaslaşmış klinikalar şəbəkəsidir.
Bakıda, Gəncədə və Lənkəranda regional filialları mövcuddur.
Həmyerlimizi təbrik edirik.