Azərbaycanda icra başçısının həbs xəbəri yayıldı

Ağstafa rayon İcra hakimiyyətinin başçısı həbs edilməsi barədə iddia səslənib.

Aktualinfo.org verir ki, bu barədə unikal.org məlumat yayıb. Qeyd edilib ki, icra başçısı Quliyev Nizaməddin Məhəmməd oğlu və müavini Tatarov Ramiz Cahangir oğlu iş başında yaxalanıb.

Ağstada RİH-dən isə bildirilib ki, Quliyev Nizaməddin Məhəmməd oğlu ezamiyyətə gedib.

Qeyd edək ki, Nizaməddin Quliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 05.04.2019-ci il tarixli Sərəncamı ilə Ağstafa rayonu İcra hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

Hadisə barədə ilk xəbəri bakupost.az saytı yayıb.

Qafqazinfo-nun verdiyi məlumatda isə bildirilir ki, N.Quliyev dünən axşam saatlarında Dövlət Təhlükəsizlik Xidməti əməkdaşları tərəfindən rüşvət alarkən cinayət başında yaxalanıb.

Hazırda DTX-da saxlanılan başçının ətrafında axtarış və araşdırmalar davam etdirilir.

Gün ərzində hadisəylə bağlı rəsmi açıqlama veriləcək.

Qeyd edək ki, N.Quliyevin oğlu Ramin Quliyev Nərimanov rayon Məhkəməsində hakim işləyir, digər oğlu isə Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində vəzifə tutur.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password