“Şeş-Qoşa” atdı, hədiyyəsiz qaldı – “Kontakt Home”dən NARAZILIQ!

Xəbər verildiyi kimi, “Kontakt Home” mağazalar şəbəkəsi Yeni İl ərəfəsində müştərilərinə “Şeş-Qoşa” kampaniyası keçirir.

Məlumatlara  görə, kampaniya “Kontakt Home”un bütün mağazalarında keçirilir. Artıq “Şeş-Qoşa” kampaniyasının “tələsinə” düşənlər də var.

Bu “tələyə” düşənlərdən biri də Gəncə şəhər sakini Novruzov Kamran Vilayət oğludur. Belə ki, vətəndaşın istifadə etdiyi “Bakcell” mobil operatorundan olan nömrəsinə bu SMS gəlib.

“Şeş-Qoşa” atdı, hədiyyəsiz qaldı

Kamran Novruzov Unikal.org-a açıqlamasında bildirib ki, televizorda “Kontakt Home”un “Şeş-Qoşa” reklam kampaniyasına rastlaşdığından Nicat adlı dostu ilə sözügedən sms-ə inanaraq “Gəncə Mall” Ticarət Mərkəzindəki “Kontakt Home”un mağazasına gedib: “Mağazadan mənə əvvəlcə hansısa məişət avadanlığı almaq tövsiyyə edildi. Məndə 49 manata tefal aldım. Bundan sonra məni “Şeş-Qoşa”a oyunun keçirildiyi yerə apardılar. Zəri atan kimi, “şeş-qoşa” düşdü.

“Şeş-Qoşa” atdı, hədiyyəsiz qaldı

Bundan sonra onlardan pulsuz əşyannı tələb edəndə isə imtina etdilər. “Kontakt Home”un mağazasında çalışan xanımlardan biri mənə hədiyyə verilməyəcəyini bildirdi. Səbəbini isə soruşanda “Oyun keçirilən zaman görüntü çəkilməli idi. Video çəkilmədiyi üçün atdığınız şeş-qoşa” ləğv edilir” söylədi. “Gəncə Mallın” kameraları hər yeri çəkdiyi halda, mənə yenidən zər atmağı tövsiyə etdilər. Mən isə bundan imtina edib, müvafiq yerlərə şikayət edəcəyimi söylədim”.

Aktualinfo.org

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password