Abdin Fərzəliyevi nələr gözləyir?

Ötən gün 44 yaşını qeyd edən Nərimanov Rayon İcra Hakimiyyətinin şöbə müdiri Elmar Əlizadənin intiharı sözügedən qurumda son bir həftə ərzində baş verən ikinci müəmmalı hadisədir.

Bir müddət bundan əvvəl isə sözügedən qurumun Təsərrüfat şöbəsinin müdiri Rafael Abdullayevin dekabrın 11-də Azərbaycanı tərk edərək, Ukraynaya qaçması haqda məlumat yayılmışdı.

Maraqlıdır görəsən Nərimanov rayon İcra Hakimiyyətində nələr baş verir.? Burada bir kabus dolaşmır ki? Düzdü hazırda İcra Hakimiyyətində hər kəs bu baş verənlərı qurumla bağlılığını inkar etməyə çalışır.

Rafael Abdullayevin ölkəni tərk etməsinə münasibət bildirən İcra Hakimiyyəti yetkililəri şöbə müdirinin icra başçısı Abidin Fərzəliyev tərəfindən müvafiq əmrlə bir müddət əvvəl, yəni noyabr ayından tutduğu vəzifəsindən azad olunduğu qeyd etmişdilər. Açıqlamada R.Abdullayevin vəzifədən azad edilməsinə səbəb kimi onun vətəndaşları incitməsi və rayon ərazisində tikilən göydələn sahiblərinə qarşı dələduzluq etməsi göstərilib.

Ötən gün Nərimanov Rayon İcra Hakimiyyətinin şöbə müdiri, 1975-ci il təvəllüdlü Əlizadə Elmar Şamil oğlu doğum günü məclisindən sonra yaşadığı evdə özünü asaraq intihar etməsi hadisəsinə isə İcra Hakimiyyəti ailə daxili münaqişə zəminində baş verdiyini açıqladı.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilirvə çox güman ki, tezliklə intiharın hansı səbəbdən baş verməsinə hüquq mühafizə orqanları tərəfindən rəsmi münasibət bildiriləcək.

Qeyd edək ki, Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin adı  son vaxtlar ən çox şikayət olunanlar sırasındadır. Bu şikayətlər əsasən rayon ərazisində həyata keçirilən sosial və biznes layihələrində icra hakimiyyətinin qeyri müəyyən maraqlarından qaynaqlanır. Xüsusi ilə Bakı şəhərində həyata keçirilən pilot layihələr çərçivəsində ən çox şikayət də Nərimanov rayonunundandır. Bu barədə media da dəfələrlə tənqidi yazılar dərc olunub. Həmin şikayətlərdə birmənalı olaraq vurğulanır ki, pilot lahihələri həyata keçirən şirkətlərlə İcra Hakimiyyətinin maraqları üst-üstə düşür. Nəticədə isə sakinlər kütləvi şəkildə hakimiyyətdən narazı salınır. İcra Hakimiyyətinin Rəfail Abdullayevin tutduğu vəzifəsindən azad olunmasnıı bu şikayətlərə bağlayaraq diqqəti başçı Abdin Fərzəliyevdən yayındırmaq istəyi başa düşüləndi. İcra Hakimiyyəti işçisinin intiharı isə başa düşülən deyil. Odur ki, yaxın günlərdə Nərimanov rayon İcra Hakimiyyətinin başçısını nələrin gözlədiyini də söyləmək çox çətindir.

Qeyd edək ki, geniş biznes şəbəkəsinə sahib olan Abdin Fərzəliyev 2005-ci ilin dekabr ayından Bakı şəhəri Nərimanov Rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışır. Ona qədər də 3 ilə yaxın Nizami rayonunun icra başçısı olub.

 

Aktualinfo.org

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password