Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin fəaliyyətindən Prezidentə şıkayət olundu- II yazı
Tərtər rayon sakini, Bayandur kəndində yaşayan Taleh Mətləb oğlu Muradov tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına, Birinci Vitse-prezident Mehriban Əliyevaya və İqtisadiyyat Naziri Mikayıl Cabbarova və Kütləvi İnformasiya Vasitələri orqanlarına müraciət ünvanlanıb. Aktualinfo.org vasitəsi ilə vətəndaşın müraciətin araşdırılaraq ölçü götürülməsi üçün aidiyyatı qurumların diqqətinə çatdırıldı. Antiinhisar və istehlak Bazarına Nəzarət Dövlət Xidmətinin əməkdaşları 09 dekabrda tərəfləri xidmətin baş idarəsinə dəvət edərək mübahisəli məsələni yenə həll etməmiş qoyub. Vətəndaş Taleh Muradovun dediyinə görə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin əməkdaşları tərəfindən onların qanunla qorunun tələbləri yerinə yetirilməmiş, hüquqları bir daha pozulmuşdur. Belə ki, “Sizin tum” və ” Qarabağ günəbaxan tumları ” əmtəə nişanının onlara məxsus olmasına baxmasına başqaları tərəfindən istifadə olunmasının qarşısının alınması və qanunsuz istehsalın dərhal dayandırılması birbaşa Antiinhisar və İstehlak Bazarına Dövlət Nəzarəti Xidmətinin səlahiyyətləri daxilində olduğu halda onlar məhkəmənin qərarını gözləməyə məsləhət bildilər. Dövlət xidmətinin bu addımından narazı olan vətəndaş Taleh Muradov aidiyyatı orqanlara pozulmuş hüquqlarının bərpa olunması üçün bir daha müraciət ünvanlayıb. Müraciəti olduğu kimi oxuculara təqdim edirık.
Mən 2007-ci ildən günəbaxan tumlarının istehsalı və satışı ilə məşğul olan şirkətdə işləmişəm. 22 noyabr 2017-ci il tarıxdən “Sizin tum” fərdi əmtəə nişanı ilə günəbaxan tumlarının istehsalı və satışı ilə məşğul olmağa başlamışam.
2017-ci ildə fəaliyyətimizi genişləndirərək dörd məcburi köçkün ailəsini işə cəlb edərək “Qarabağ günəbaxan tumları” fərdi əmtəə nişanları Azərbaycan Respublikası Standartlaşdırma,Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən rəsmi qaydada qeydiyyata alınmış və müvafiq sertifikatlar verilmişdir
.
Lakin əvvəllər mənimlə 7 ay bir yerdə işləmiş Bərdə rayonunun Qaradağlı kənd sakinləri Zaur Abuzər oğlu Məmmədov və Şahin Əziz oğlu İsmayılov birgə fəaliyyət zamanı mənimsəmə və ciddi nöqsanlara yol verdikləri üçün, mən onlarla işbirliyini pozmuş və tək fəaliyyət göstərməyə davam etmişəm.
Bundan sonra adlarını yuxarıda çəkdiyim şəxslər mənim işimi pozmaq üçün özləri qeyri-qanuni olaraq mənə verilmiş eyni loqoda olan “Sizin tum” və “Qarabağ günəbaxan tumları” əmtəə nişanından istifadə edərək günəbaxan tumlarının istehsalı və satışı ilə məşğul olmağa başlamışlar.
Bu hal satış bazarında çaşqınlıq və qeri müəyyənlik yaratmaqla qanunsuz rəqabətə səbəb olmuşdur.
“Sizin tum” və “Qarabağ günəbaxan tumları” fərdi əmtəə nişanlarının tərtibatı 2016-cı ilin dekabr ayında mənim sifarişim əsasında Türkiyə Respublikasında hazırlanmışdır.
Bu səbəbdən mən iddia ərizəsi ilə Gəncə İnzibati-İqtisad Məhkəməsinə Miraciət edərək Zaur Abuzəır oğlu Məmmədovun mənə məxsus olan əmtəə nişanından qanunsuz istifadəsinin dayandırılmas, ticarət şəbəkəsində olan malların götürülməsi və dəymiş ziyanın ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişəm.
Məhkəmə gedişatı zamanı iş üzrə ekspertiza təyin edilmiş və Zaur Abuzər oğlu Məmmədovun mənə məzsus əmtəə nişanından və loqodan istifadə etməsi məhkəmə ekspertiza rəyi ilə təsdiq olunmuşdur.
Eyni zamanda ekspertiza nəticəsində aydın olmuşdur ki, Zaur Abuzər oğlu Məmmədov tərəfindən istehsal edilən “Sizin tum” və “Qarabağ günəbaxan tumları” əmtəə nişanları olan məmulatlar kontrafat məhsullara aiddir və istehsal etdiyim məhsullsrla qarışdırılacaq dərəcədə oxşardır.
Bu ekspertiza 24 dekabr 2018-ciildə Bərdə rayon Məhkəməsi vasitəsi ilə bizə təqdim edilmişdir. Mən bu sənədlərlə həmin vaxtlarda Azərbaycan Respublikasını İqtisadiyyat Nazirliyi Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə yazılı müracıət etmişəm. Dəfələrlə müraciət etməyimizə baxmayaraq heç bir tədbir görülməyib. Biz Zaur Abuzər oğlu Məmmədovun istehsal etdiyi bu malların nümunələrini aldığımız mallarla və kassa qəbzləri ilə həmin quruma təqdim etmişik. Hər dəfə də həmin qurumdan bizə eyni cavab,aidiyyəti üzrə baxılacaq,nəticəsi barədə sizə Sizə əlavə məlumat veriləcək-cavabı verilib. Təəssüflər olsun ki,bu günədək heç bir tədbir görülməyib. Bir ilə yaxındır ki, qarşı tərəf həmin məhsulların satışı ilə məşğuldur və bizə külli miqdarda ziyan vurmuşdur.
Sizdən kollektivimiz adından xahiş edirik ki, bu haqsızlığın aradan qaldırılmasında həmin kontrafakt məhsulların məhsulların ticarət şəbəkələrindən yığışdırılması və istehsalına qadağa qoyulması üçün aidiyyatı qurumlara müvafiq göstərişlər verəsiniz.
Aktualinfo.org şikatətçinin redaksiyaya təqdim etdiyi sənədlərə görə qeyd edir ki, tərəflərdən Zaur Məmmədov Azərbaycan Respublikası Əqli Mülkiyət Agentliyi Apellyasıya Şurasına müracıət edərək əmtəə nişanını onun adına rəsmiləşdirilməsi barədə qərar çəxarılması barədə iddia qaldırmışdır. Lakin tərəflər arasında mübahisənin qanun çərçivəsində həll olunması məqsədi ilə Muradov Taleh Mətləb oğlu etiraz ərizəsi ilə Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi Apellyasiya Surasına müraciət etmişdir. Azərbaycan Respuublikası Əqli Mülkiyyət Agentliyi Apellyasiya Şurası 03 aprel 2019 -cu il qərarı ilə Məmmədov Zaur Abuzər oğluna məxsus 2018 0548 qeydiyyat nömrəli təsviri əmtəə nişanının 29-cu sinif “qovrulmuş günəbaxan tumları” əmtəələri üzrə qeydiyyatına qarşı Taleh Muradov tərəfindən verilmiş etiraz ərizəsini təmin edib və 2018 0548 qeydiyyat nömrəli təsviri əmtəə nişanının ƏXBT-nin 29 -cu sinif “qovrulmuş günəbaxan tumları”əmtəələri üzrə Məmmədov Zaur Abuzər oğlunun adına aparılmış qeydiyyatı etibarsız hesab edərək, Əmtəə Nişanlarının qeydiyyata alınması haqqında Patent və Əmtəə Nişanları Mərkəzinin 23.02 2018-ci il tarıxli qərarının ləğv edilməsi barədə qərar qəbul edib. Qərarda qeyd edilənlərlə bağlı Əmtəə nişanlarının Dövlət reyestrində müvafiq qeydiyyat aparılmasını öz əksini tapıb. Bununla razılaşmayamayan Zaur Məmmədov Gəncə İnzibati-İqtisad Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi Aprllyasiya Şurasının qərarının ləğv edilməsi tələbi ilə iddia qaldırıb. Gəncə İnzibati -İqtisad Məhkəməsinin 03 oktyabr 2019-cu il tarixli qərarı ilə iddiaçı Məmmədov Zaur Abuzər oğlunun cavabdeh Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi Apellyasıya Şurasına (üçüncü şəxs Muradov Taleh Mətləb oğlu) qarşı qərarın ləğv edilməsi tələbinə dair iddianı təmin etməyib. Qərardan şikayət verilmədiyi halda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir
Şikayətçinin göstərdiklərinə görə burada əsass səlahiyyətli qurum ölkədə aparılan islahatlar və struktur dəyişiklikləri nəticəsində Prezident İlham Əliyevin sərəncamı ilə yeni yaradılmış Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətidir. Şikayətçinin sözlərinə görə dəfələrlə sözügedən quruma müracıət etsə də heç bir əməli tədbir görülməmiş və ancaq vədlər verilmişdir. Digər tərəfdən Gəncə İnzibati-İqtisad Məhkəməsinin 03 oktyabr tarıxli qərarından artıq 50 gün keçməsinə baxmayaraq Məhkəmənin qərarı ərazı üzrə İcra və Probasiya şöbəsi tərəfindən icra edilməmiş qalmaqdadır. Saxta əmtəə nişanı adı altında qovrulmuş günəbaxan tumlarının istehsalına və satışına vergi orqanları necə icazə verirlər? Burada vergidən yayınma hallarının da baş verməsi istisna deyil. Bərdədə Zaur Məmmədov tərəfindən qovrulmuş günəbaxan tumlarının saxta əmtəə nişanları altında qanunsuz istehsalına və satışına şərait yaradan rayon səlahiyyətlilərinin də tədbirlər görməməsi təəccüb doğurur. Biz bir mətbuat orqanı olaraq Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Ağentliyinə də müracıət edirək Bərdə rayonunda qovrulmuş günəbaxan tumlarının qanunsuz istehsalı və satışının qarşısının alınması məqsədi ilə təcili tədbirlər görməsinı xahiş edirik. Mövzuya qayıdacağıq. Bizi izləyin.
Aktualinfo.org