Mingəçevir İcra Hakimiyyətinin uşaq bağçalarına olan “qayğısı” başçıya nələr qazandırır?

Regionların sosial–iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində hər yerdə olduğu kimi, Mingəçevir şəhərində də müəyyən işlər görülüb. Çoxmərtəbəli binaların dam örtükləri əsaslı təmir edilib, parklar, xiyabanlar, istirahət bağları salınıb  və abadlaşdırılıb, bir çox binaların fasadları üzlənərək rənglənib. Şəhərdə və  energetiklər qəsəbəsində bir neçə məhəllə tam abadlaşdırılaraq işıqlanma sistemi ilə təchiz edilib,yaşıllıq sahələri genişlənib.Butun bunlar İlham İsmayılovun şəhər İcra Hakimiyyəti başçısının birinci müavini olduğu dövrlərə təsadüf edir. Bir neçə gündən sonra isə İlham İsmayılovun Mingəçevir şəhər İcra Hakimiyyətinə başçı təyin olunmasının bir ili tamam olacaq. Bu bir il ərzində İlham İsmayılov bir başçı kimi Mingəçevirdə nə kimi işlər görə bilib? Xatırladaq ki, İlham İsmayılov Ucarda doğulsa da Mingəçevir sakinləri üçün yad adam deyil O, 2008-2018-ci illərdə Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının birinci müavini vəzifələrində çalışıb. Azərbaycan Respublikası Prezidentinin 17.12.2018-ci il tarixli sərəncamı ilə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunub.

İlham İsmayılov hazırda Mingəçevirdə sakinlərlə tez-tez səyyar görüşlər keçirir  Görüşlərdə sakinlər şəhərdə həyata keçirilən abadlıq quruculuq işlərindən razılıq edərək, onları narahat edən problemlərdən danışırlar. Belə görüşlərdə sakinlər yaşayış binalarında istilik sisteminin olmaması, işıqlanma və kanalizasiya sisteminin normal vəziyyətdə olmaması və digər problemlərini İcra başçısına asanlıqla çatdıra bilirlər. İcra başçısının səylərinə baxmayaraq Mingəçevirdə mərkəzi küçələr istisna olmaqla şəhər ətrafı yollar ürəkaçan deyil, işıqlandırma sistemi zəif, binaların kanalizasiya sistemlərində olan problemlər həllini tapmamış olaraq qalmaqdadır.

Apardığımız araşdırmalarda şəhər İcra Hakimiyyətinin son bir ildə ancaq uşaq bağçaları ilə iş gördüyü məlum oldu.  Belə ki, İcra Hakimiyyəti tərəfindən elan olunmuş tenderlərdə uşaq bağçalarının  təmiri əsas yer tutur. 15.02 2018 ci ildə,yəni bir gündə  uşaq bağçalarına yumşaq inventarların alınmas 34680.2, uşaq bağçalarına sair xərclər üzrə 11894.4. uşaq bağçalarına idarənin xərcləri üzrə 19861.76, uşaq bağçalarına digər maşın və avadanlıqların alınması üzrə 28591.4, uşaq bağçalarına dəftərxana ləvazimatlarının alınması üzrə 20527.28, uşaq bağçalarına bərk inventarların alınması üzrə 39901.7, uşaq bağçalarına avadanlıqlar alınması üzrə 34708.52, və digər alışlar və xidmətlər üzrə 9218.16, kecirilmiş tenderlərin hamısını “Uğur-V” MMC qalib gəlib.

19.11.2019 cu ilə uşaq bağçalarının əsaslı təmiri üzrə keçirilmiş iki tenderin də qalibi”uğur-V”MMC olub. Müvafiq olaraq  22270.07 və 13217.32 manatlıq işləri “Ugur-V” MMC-yə həvalə olunub. Mingəçevirdə, 11 saylı ərazı vergilər baş idarəsində qeydiyyatdan keçmiş,nizamnamə Kapitalı 10 manat olan bu MMC-nin qanuni təmsilçisi Əsgərov Vahid Kamal oğlu göstərilir. Amma bu MMC-nin başqaları tərəfindən idarə olunduğu qənaətinə gəlməmək olmur. Uşaq bağçalarında deratizasiya, və dezinfeksiya işlərinin görülməsi işlərinə də İcra hakimiyyəti iki tender elan edib və hər bir sifariş 10966.32 qiymətləndərilib Mingəçevir şəhər Dezinfeksiya İdarəsi tərəfindən bu işlərin görülüb-görülməməsi sual altındadır.

Qeyd edək ki, Mingəçevirdə 21 uşaq bağçası fəaliyyət göstərir. Bu uşaq bağçalarının fəaliyyəti bu gün yerli sakinləri qane edirmi? Bu uşaq bağçalarına baş çəksək burada təmir işlərinin aparıldığını görə bilərikmi?Bir neçə ay ərzində uşaq bağçalarına tender yolu ilə 250000 manat civarında pullar ayrılıb. Tenderlərdə təmirə ehtiyacı olan uşaq bağçalarının sayı və ünvanı nə üçün açıq göstərilməyib? Uşaq bağçalarının təmiri deyə elan olunmuş tenderdə kim bilir hansı uşaq bağçası təmir edilib?Digər tərəfdən, İcra Hakimiyyəti tərəfindən daim “Uğur-V” MMC-yə üstünlük verilməsi elə tenderlərin şəffaf keçirilmədiyindən xəbər verir. 

Qeyd edək ki, Niyazi Bayramov 28.08 2018 ci ildə Gəncə şəhər icra Hakimiyyətinə başçı təyin edildikdən sonra 17 12 2018-ci ilə qədər şəhər icra hakimiyyəti başçısının səlahiyyətlərini icra edən İlham İsmayılov Mingəçevir şəhərində çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi işlərinin başında olub. Tender yolu ilə dam örtüklərinin dəyişdirilməsi işlərini satın alan”AST Təmir Tikinti” MMC Azərbaycan Prezidentinin ehtiyat fondundan Mingəçevir Şəhər İcra Hakimiyyətinə 27.02.2018-ci ildə ayrılmış 3 milyon manata nə kimi işlər görüb? Burada şəhər İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsinin fəaliyyəti də mütləq vurğulanmalıdır. İcra Hakimiyyətində Memarlıq və Tikinti şöbəsinin müdiri Etibar Abdullayevin bu işlərdə başçıya yardın etməsi istisna deyil. Çünki onlar arasında isti münasibətlər İlham İsmayılovun hələ birinci müavin olduğu dönəmdən yarandığı bildirilir. Mingəçevir şəhər Maliyyə İdarəsinin müdiri Samir Məmmədovun da İcra başçısına bu kimi işlərdə yardımçı olması istisna deyil. Axı şəhərin maliyyə məsələlərinə birbaşa cavabdeh şəxs məhz Samir Məmmədovdur. Mingəçevir şəhəri üzrə 2019-cu ildə ayrılan dövlət büdcəsi vəsaitlərinin proqnozlaşdırılması və icrası onun,yəni Maliyyə İdarəsinin müdirinin əlindədir. Hara,nə qədər ayırmağı isə güman ki İcra başçısı İlham İsmayılovla proqnozlaşdırırlar.

 

 

Aktualinfo.org

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password