İnam Kərimovun Əkinçilik İnstitutuna “qayğısı” nələr deyir?

Bu gün ölkədə kənd təsərrüfatının inkişafını stimullaşdırmaq üçün dövlət tərəfindən çox mühüm addımlar atılır. Əvvəlki illərdə görülmüş işlər öz bəhrəsini verməkdə, kənd təsərrüfatının inkişafına öz müsbət təsirini göstərməkdədir. Azərbaycanda ərzaq məhsullarına tələbat sahəsində idxaldan asılılığın minimuma endirilməsi üçün toxumçuluğun və heyvandarlığın da inkişaf etdirilməsinə dövlət dəstəyi bu gün ən vacib amillərdən biridir.Bu sahədə aparıcı qüvvə olan Kənd Təsərrüfatı Nazirliyinin gördüyü işlər son ayların ən aktual məsələləridir. Nazir İnam Kərimovun rəhbərlik etdiyi qurumun fəaliyyəti dövrü mətbuatda, sosial şəbəkələrdə tez-tez müzakirə obyektinə çevrilir.Elektron kütləvi informasıya vasıtələrində nazirliyin fəaliyyətindəki müxtəlif səpkili neqativ hallar daha çox müzakirə olunur. Nazirliyə tabeli qurumlardan Aqrar Xidmətlər Agentliyinn, Aqrar Kredit və İnkişaf Agentliyinin,”Aqrolizinq” və “Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyətlərinin fəaliyyətləri bu baxımdan daha çox müzakirə olunanlar sırasındır.

Kənd Təsərrüfatı Nazirliyinə tabeli qurumlardan olan Əkinçilik Elmi-Tədqiqat İnstitutunda bu gün ölkədə kənd təsərrüfatının inkişaf etdirilməsi ilə bağlı nə kimi işlər görülür,bunları təbii ki,mütəxəsislər daha yaxşı bilir. Qeyd edək ki, kənd təsərrüfatında müxtəlif növ bitkilərin məhsuldarlığınin artırılması, yeni məhsuldar növlərin əldə olunması məhz bu institutun fəaliyyət sahəsinə aiddir. Məhsuldarlığın artırılması üçün institut son dövrlər nə kini yeniliklər edib? Onu xüsusilə vurğulamaq lazımdır ki,yeni məhsuldar  taxıl növlərinin əldə edilməsi üçün vaxtı ilə burada çox böyük işlər görülüb, çoxsaylı təcrübələr aparılıb. Qeyd edək ki, İnstitutun bölgələrdə Tərtər Qobustan,Zaqatala, Cəlilabad, Şəki, Gədəbəy, Abşeron,Ağstafa və Kürdəmir rayonlarında Bölgə Təcrübə Stansiyaları var. Bu təcrübə stansiyalarının hər birinin balansında yüzlərlə hektar torpaq sahələri var ki, burada yerli şəraitə uyğyn taxıl sortlarının təcrübəsi aparılmalı,əldə olunan sortların keyfiyyəti,məhsuldarlığı nümunə kimi ölkə ərazisində dövlət və özəl toxumçuluq təsərrüfatlarını təchiz etməlidir. Amma bunlar baş verirmi? Budcədən maliyələşən bu təcrübə stansiyalarında nə kimi işlər görüldüyünü heç yerlərdə sakinlər də bilmir.Kənd Təsərrüfatı Nazirliyi isə sözügedən institutda müəmmalı tenderlər keçirir., nə az,nə də çox milyonlarla dövlət vəsaiti xərcləyir.

22 sentyab 2018 cu ildə Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Tərtər Bölgə Təcrübə Stansiyasında Toxum emalı sexinin və yardımçı binaların tikintisi, inzibati binanın əsaslı təmiri və Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Cəlilabad Bölgə Təcrübə Stansiyasında Toxum emalı sexinin inzibati və yardımçı binaların tikintisi üzrə elan etdiyi tenderlərin qalibi 27.11.2019-cu ildə “Fasad-F”MMC olub. Cəmi 100 manat nizamnamə kapitalı olan “Fasad-F” MMC 2016-cı ildə dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Fəxri Cəfərovdur. Nazirlik “Fasad-F” MMC ilə müqavilə bağlayanda bir satınalan təşkilat olaraq tenderin şərtlərinə riayət edibmi? Ümumi dəyəri 3 milyon 321 min manat olan bu təcrübə stansiyalarının tikintisi kənd təsərrüfatının inkişafına nə kimi təkan verəcək? Bunu da yəqin mütəxəsislər bilər.

Bu günlərdə,daha dəqiq 02.12.2019-cu ildə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutu tütünçülük və çəltikçiliyə aid labaratoriya avadanlıqlarının satın alınması üzrə daha bir müəmmalı müsabiqə keçirib. İnstitutun elan etdiyi müsabiqinən qalibi “MAYBO” Məhdud Məsuliyyətli Cəmiyyət olub. Cəmiyyət barədə apardığımız araşdırmaladan məlum oldu ki, MMC 12 saylı Ərazi Vergilər Baş İdarəsində, yəni Gəncə şəhərində 05.10. 2011 -ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə Kapitalı 10 AZN olan MMC-nin hüquqi ünvanı da Gəncə şəhəri Çexov küçəsi ev 24 göstərilib. Qanuni təmsilçisi Midhət Qurbanəliyev Çingiz oğlu olan MMC -nin fəliyyət sferası barədə heç bir məlumat əldə edə bilmədik.Lakin qanuni təmsilçisi olan Midhət Qurbanəliyevin kimliyinə aydınlıq gətirə bildik. Öyrəndik ki, Midhət Qurbanəliyev “Gəncə Körpü-Tikinti 2” Açıq Səhmdar Cəmiyyətinin sədri Çingiz Qurbanəliyevin oğludur. Çingiz Qurbanəliyevin adı hələ 2010 cu ildə Gəncədə “İmamzadə” kompleksinin yenidənqurulması və təmir-bərpa işlərini həyata keçirilməsində yaranmış problemlərdə hallanırdı. Məlumatlara görə sözügedən təmir -bərpa işlərinin aparılması üçün büdcədən ayrılmış milyonlarla dövlət vəsaitini mənimsənilməsində iştirakçılardan biri də məhz Çingiz Qurbanəliyev olub. Sözügedən şəxsin bir çox böyük tenderlərin qalibi olması barədə də məlumatlar var.
Bəs bu, heç kimə məlum olmayan MMC ilə Əkinçilik Elmi-Tədqiqat İnstitutunu birləşdirən nələrdir? Fəaliyyət dairəsi gizli olan bir MMC ilə Əkinçilik Elmi- Tədqiqat İnstitutu dəyəri 377587.86 AZN olan bir satınalma müsabiqəsinə necəı razılıq verib? Biz Əkinçilik Elmi-Tədqiqat İnstitutunun tender komissiyasna sual vermək istərdik. Satınalma müsabiqısində neçə şirkət iştirak edirdi? “MAYBO” MMC-nin müsabiqədə iştirak edən digər şirkətlərdən üstün cəhətləri nələrdir?
 Elmi-Tədqiqit İnstitutu keçirilmiş müsabiqədə satınalmalar haqqında qanunun tələblərinə riayət edibmi? Görəsən 10 manatlıq nizamnamə kapitalı olan “MAYBO” Məhdud Məsuliyyətli Cəmiyyətin maliyyə və vergi hesabatları qaydasındadırmı? Bütün bunlar müsabiqənin keçirildiyi vaxt  institut rəhbərliyi tərəfindən nəzərə alınıbmı?.

Bu müsabiqədə  qalibin məhz “MAYBO” MMC seçilməsində Kənd Təsərrüfatı naziri İnam Kərimovun rolu olubmu? Bunlar nazir İnam Kərimov tərəfindən Elmi Tədqiqat Əkinçilik İnstitutunun inkişafına yönəlmiş bir qayğıdır,yoxsa…? Əkinçilik  Elmi- Tədqiqat İnstitutunin direktoru Cavanşir Təlaini şirkət rəhbəri Midhət Qurbanəliyevlə bağlayan tellər varmı? Qeyd edək ki, bu kimi suallara aydınlq gətirmək üçün “Aktualinfo.org redaksiyası tərəfindən Elmi-Tədqiqat İnstitutunun direktoru Cavanşir Təlainin  elektron poçtuna ( talai_akinchi@mail.ru) göndərdiyimiz sorgu cavabsız qaldı.

 

Aktualinfo.org     

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password