DİM sədri: “Struktur və kadr islahatları standartların dəyişməsinə dəlalət edir”

“İnsan kapitalının səmərəli istifadə olunması, əməkdaşların potensialının üzə çıxarılması, dövlət orqanlarında vakant vəzifələrin tutulması, eləcə də dövlət qulluqçularının fasiləsiz peşəkar inkişafı dövlət qulluğunda islahatların aparılması prosesində mövcud olan aktual məsələlərdir”.

Aktualinfo.org xəbər verir ki, bunları Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Dövlət idarəçiliyində səriştə modeli: çətinliklər və həll yolları” mövzusunda keçirilən seminarda çıxışı zamanı deyib.

DİM sədri bildirib ki, dövlət idarəetmə sistemində aparılan struktur və kadr islahatları standartların dəyişməsinə dəlalət edir.

M.Abbaszadə qeyd edib ki, müasir dövrdə bacarıq və kvalifikasiya anlayışları kompetensiyaların (səriştələrin) qiymətləndirilməsi konsepsiyası ilə əvəzlənir: “Kompetensiya əsasında qiymətləndirmənin tətbiqi dövlət qulluğunda seçimi və qiymətləndirməni daha da gücləndirir, nəticə etibarilə idarəetmənin şəffaflığını və səmərəliyini təmin edir”.

O vurğulayıb ki, bu il intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə “Yüksəliş” müsabiqəsi təsis edilib, hazırda bu istiqamətdə çox ciddi hazırlıq işləri aparılır.

“Eyni zamanda, özəl sektor tərəfindən kompetensiyalar modelinin inkişafı sahəsində əldə olunmuş nailiyyətlərin də vacibliyini qeyd etmək istəyirəm. Belə təcrübənin öyrənilməsi və sonra müvafiq modellərin tətbiqi dövlət qulluğuna namizədlərin seçimini daha da çevik və səmərəli edəcək.

Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində müxtəlif tədbirlərin həyata keçirilməsi mövcud problemləri, çağırışları, dövlət qulluğu sahəsində region ölkələrinin müsbət təcrübəsini öyrənməyə, eləcə də kompetensiya modelinin Azərbaycanda uğurlu tətbiqi üçün mümkün həll yollarının birgə müzakirəsinə imkan yaradır”,- Məleykə Abbaszadə əlavə edib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password