Prezident icra başçısını işdən çıxardı: Yeni təyinatlar

Azərbaycan Prezidenti İlham Əliyev Vüqar Novruzovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.

Aktualinfo.org  xəbər verir ki, sərəncama əsasən, Vüqar Vahid oğlu Novruzov Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.

Prezident Əhməd Kərəm oğlu Muxtarov Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi barədə də sərəncam imzalayıb.

Dövlət başçısı başqa bir sərəncamla Rüstəm Gülabba oğlu Xəlilovu Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı təyin edib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password