DOLLAR NİYƏ BAHALAŞIR? – Ekspert səbəbləri açıqlayır

İlin son ayında Azərbaycanda dolların dəyəri yüksəlməyə başlayıb. Mərkəzi Bankın müəyyənləşdirdiyi 1 dollar – 1.70 manat nisbəti artıq dəyişərək 1.7020 və daha yuxarı kursla konvertasiya olunur. Bir sıra banklarda isə iri həcmdə valyuta satışı məhdudlaşdırılıb, 1000 dollardan artıq pul dəyişdirmək üçün bir neçə bank flialına baş çəkmək lazım gəlir. 

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, tanınmış iqtisadçı Vüqar Bayramov mətbuata açıqlamasında bildirib ki, dollara tələbatın artması gözlənilən idi. Ekspertin sözlərinə görə, 2019-cu ilin ilk 11 ayında Dövlət Neft Fondu (ARDNF) 5 milyard 707 milyon dollar valyuta satışı həyata keçirib.

V.Bayramov qeyd edib ki, Fondun ötən ilin analoji dövrü ilə müqayisədə valyuta satışı 1,3 faiz azalsa da, bu aydan etibarən dollara tələbin artması müşahidə olunur: “Bəzi banklarda son aylar ilk dəfə olaraq 1 dolların alış kursu 1.7020-dək yüksəlib. Öncədən proqnozlaşdırdığımız kimi, dekabrda dollara tələbin artması gözlənilən idi. Belə ki, dövlət və özəl müəssisələrin və eləcə də bankların xarici borc öhdəlikləri üçün cari maliyyə ilində son ayın olması, idxalın artması, bayramlar ilə bağlı olaraq xarici səfərlərin çoxalması dollara tələbi artırır. Bir barel neftin dünya bazar qiyməti 60 dollardan aşağı olmasa da, hələ də neft ölkələri üçün məqbul səviyyə hesab olunmur. Eyni zamanda, neft bazarındakı volatillik də neft ölkələrinin valyuta gəlirlərinə birbaşa təsir göstərir”. 

Vüqar Bayramov dekabr ayında dollara tələbin artmasının davam edəcəyini gözləyir:“Növbəti aydan etibarən tələb yenidən sbitləşəcək. Manatın məzənnəsinin necə dəyişməsi isə yenə də Mərkəzi Bankın mövqeyindən asılı olacaq. Amma aydındır ki, uzunmüddətli dövrdə manatın məzənnəsinin stabilliyi üçün valyuta bazarına neftdən kənar sektordan daxil olan valyutanın həcminin artırılmasına ehtiyac var”. (azpolitika.az)

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password