Çempionlar Liqası -“Qalatasaray” qələbəni əldən verdi, “Bavariya” darmadağın etdi
Bu gün Çempionlar Liqasında qrup mərhələsinin 5-ci turunun oyunarına start verilib.
Aktualinfo.org xəbər verir ki, ilk oyun günündə 4 qrupda 8 görüş baş tutub.
Azərbaycanda da xeyli sayda azarkeşi olan Türkiyənin “Qalatasaray” klubu bu dəfə doğma meydanda mübarizə aparıb. Qrupdan çıxmaq şansı qalmayan İstanbul təmsilçisi evdə “Brügge”ni sınağa çəkib. Meydan sahibləri oyunun uzun hissəsini üstünlüklə keçirsələr də əlavə olunmuş dəqiqələrdə qapılarında qol görərək 2 xal itiriblər.
Qrupunun digər matçında isə Madrid “Real”ı PSJ ilə üz-üzə gəlib. Madrid klubu Benzemanın vurduğu qollarla sona 10 dəqiqə qalmış 2:0 önə keçsə də, qonaqların 3 dəqiqəyə vurduğu iki qola mane ola bilməyib. Belədə matç bərabərliklə başa çatıb.
UEFA Çempionlar Liqası
Qrup mərhələsi, 5-ci tur
26 noyabr
A qrupu
21:55. “Qalatasaray” (Türkiyə) – “Brügge” (Belçika) – 1:1
Qollar: A.Büyük, 11 – K.Diatta, 90
00:00. “Real” (Madrid, İspaniya) – PSJ (Fransa) – 2:2
Qollar: K.Benzema, 17, 79 – K.Mbappe, 81, P.Sarabia
B qrupu
00:00. “Srvena Zvezda” (Serbiya) – “Bavariya” (Almaniya) – 0:6
Qollar: L.Qoretska, 14, R.Levandovski, 53, 60, 64, 68, K.Tolisso, 89
00:00. “Tottenhem” (İngiltərə) – “Olimpiyakos” (Yunanıstan) – 4:2
Qollar: D.Alli, 45, H.Keyn, 50, 77, S.Auer, 73 – B.Arabi, 6, R.Semedo, 19
C qrupu
00:00. “Atalanta” (İtaliya) – “Dinamo” (Zaqreb, Xorvatiya) – 2:0
Qollar: L.Muriel, 27(pen.), A.Qomez, 47
00:00. “Mançester Siti” (İngiltərə) – “Şaxtyor” (Ukrayna) – 1:1
Qollar: İ.Güngoğan, 56 – M.Salamon, 69
D qrupu
21:55. “Lokomotiv” (Moskva, Rusiya) – “Bayer” (Leverkuzen, Almaniya) – 0:2
Qollar: R.Cəmaləddinov, 11(ö.q), S.Bender, 54
00:00. “Yuventus” (İtaliya) – “Atletiko” (İspaniya) – 0:0
Qol: P.Dibala, 45