UEFA ilin rəmzi komandasına namizədləri açıqlayıb – SİYAHI

UEFA 2019-cu ilin rəmzi komandasını müəyyənləşdirmək üçün səsverməyə start verib.

Aktualinfo.org-un məlumatına görə, siyahıda 50 oyunçunun adı yer alıb.

Rəsmi sayt vasitəsilə aparılan səsvermənin nəticələri 2020-ci il yanvarın əvvəlində elan olunacaq.

Qapıçılar: Alison Bekker (“Liverpul”, İngiltərə), Ederson Moraes (“Mançester Siti”, İngiltərə) , Yan Oblak (“Atletiko”, İspaniya), Andre Onana (“Ayaks”, Hollandiya), Mark-Andre ter Şteqen (“Barselona”, İspaniya)

Müdafiəçilər: Jordi Alba, Jerar Pike (hər ikisi “Barselona”, İspaniya), Trent Aleksander-Arnold, Endryu Robertson, Vircik van Deyk (hər üçü “Liverpul”, İngiltərə), Sezar Aspilikueta (“Çelsi”, İngiltərə), Deyli Blind, Nikolas Talyafiko (hər ikisi “Ayaks”, Hollandiya), Matteys de Liqt (“Yuventus, İtaliya), Xose Mariya Ximenes (“Atletiko”, İspaniya), Yozua Kimmix (“Bavariya”, Almaniya), Kalidu Kulibali (“Napoli”, İtaliya”), Emerik Laport (“Mançester Siti”, İngiltərə), Serxio Ramos (“Real Madrid”, İspaniya), Yan Vertongen (“Tottenhem”, İngiltərə)

Yarımmüdafiəçilər: Tyaqo Alkantara (“Bavariya”, Almaniya), Kevin De Bruyne, David Silva, Bernardo Silva (hər üçü “Mançester Siti”, İngiltərə), Frenki de Yonq (“Barselona”, İspaniya), Anxel Di Mariya (PSJ, Fransa), Fabinyo, Cordan Henderson, Jorjinyo Veynaldum (hər üçü “Liverpul”, İngiltərə), Brunu Fernandeş (“Sportinq”, Portuqaliya), Jorjinyo, NQolo Kante (“Çelsi”, İngiltərə), Fabian Ruis (“Napoli”, İtaliya), Donni van de Bek, Hakim Ziyeş (“Ayaks”, Hollandiya)

Hücumçular: Serxio Aqüero, Rəhim Sterlinq (hər ikisi “Mançester Siti”, İngiltərə), Pyer-Emerik Obameyanq (“Arsenal”, İngiltərə), Roberto Firmino, Sadio Mane, Məhəmməd Salah (hər üçü “Liverpul”, İngiltərə), Serj Qnabri, Robert Levandovski (hər ikisi “Bavariya”, Almaniya), Eden Azar (“Real Madrid”, İspaniya), Harri Keyn, Son Hın Min (hər ikisi “Tottenhem”, İngiltərə), Kilian Mbappe (PSJ, Fransa), Lionel Messi (“Barselona”, İspaniya), Kriştianu Ronaldu (“Yuventus”, İtaliya), Duşan Tadiç (“Ayaks”, Hollandiya) .

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password