Şəkidə 2500 hektar yaşıllıq ərazi məhv edilib – (VİDEO)

“Şəkinin Cunun və Baş Layısqı kəndləri ətrafında 2500 hektar kolluq ərazinin kürünməsinə razılıq verilib”.

Bu barədə “Ecofront” səhifəsi məlumat yayıb. Yazı müəlllifi Cavid Qara qeyd edir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) bu hadisəyə göz yumur: “Son illər meşə fondu torpaqlarının, ETSN-in təbiri ilə desək, “kol-kos” adı ilə bağ salınması məqsədi ilə (aqrobağ deyirlər) uzunmüddətli – 49 illik, iri biznesmenlərə icarəyə verilməsi adi hal alıb.

Son bir ildə isə ən pik həddə çatıb. Söhbət min hektarlarla kolluq-meşəlik-çay yatağı ekosistemlərindən gedir. Bu ərazilərin zəngin flora və fauna ehtiyatları ilə yanaşı, su, torpaq qoruyucu funksiyaları və seldaşqınlarının dağıdıcı təsirinini minimuma endirmək funksiyası var.

“500-1000 hektara yaxın ərazi, demək olar ki, tamamilə kürünüb”

Bu cür hallar Qax Şəki ərazisində özünü daha qabarıq şəkildə göstərir. Qaxın Qaşqaçay ərazisində, Şəkininin Bideyiz və Köbər Zəyzit kəndləri ətrafında razılaşdırılmış 500-1000 hektara yaxın ərazi, demək olar ki, tamamilə kürünüb (ərazinin genişlənmə potensialı çoxdur), Şəkinin Cunun və Baş Layısqı kəndləri ətrafında 2500 hektar kolluq ərazinin kürünməsinə razılıq verilib.


Bu ekoloji cinayətdir, səhralaşmadır, sel daşqınları təhlükəsinin artmasıdır!

Yerli meşə təsərrüfatı işçiləri bu işlərin Prezidentin fərmanı əsasında görüldüyünü iddia edirlər.

ETSN-in açıqlamasına görə məhsuldarlıq və məşğulluq adına görülən bu işlər əslində səmimiyyətdən və strateji hədəflərdən çox uzaqdır və yalnızca bir qrup məmur-biznesmenin marağına xidmət edir.

Kənd sakinləri narazılıqlarını bildiriblər amma daha açıq etirazdan qorxurlar. Aidiyyatı qurumlar prezidentin fərmanını əsas gətirirlər. Söhbət hansı fərmandan gedir bilən yoxdur.

“ETSN bu cinayətlərə göz yumur”

Kənd sakinləri mal qarasını otarmaq üçün otlaqlarını itirir. Vaxtı ilə otarmaya belə maneə yaradan, kənd sakinlərini cərimə edən ETSN isə bu cinayətlərə nəinki göz yumur, daha böyük ərazilərin kürünməsi üçün investor axtarışındadır.

Kənd təsərrüfatı məhsullarının tədarükü və satışı bir qrup şəxsin əlində cəmlənib və qiymətlər suni şəkildə aşağı salınır. İnsanlar öz məhsullarını ya dəyər dəyməzinı satır ya da sərf etmədiyi üçün heç yığmırlar. Məcbur qalıb, bu cür iri fermalarda əsasən mövsümi işlərdə ucuz işçi qüvvəsi kimi işləməli olurlar.

İstehsalat Məhsularlıq və məşğuluq ən ağlabat yolu yerli fermerlərə dəstək olmaq olardı.


Ecofront olaraq bu ekoloji cinayətin qarşısını almaq üçün əlimizdən gələni edəcəyik. Sərbəst toplaşmaq hüququmuz da daxil olmaqla bütün sivil etiraz və təbliğat metdolarlarından istifadə edəcəyik. Kampaniyamızı resurslarımıza, prosesə və reaksiyalara adekvat olaraq davam etdirməyə çalışacağıq.

İndiki durumda bizi izləməyə və paylaşmağa davam edin. Mövzunu diqqətdə saxlayacağıq.

Qeyd. Paylaşımda və rəylərdəki video və foto kadrlar Şəki rayonu Köbər Zəyzit və Bideyiz kəndləri arasındakı ərazilərdə çəkilib. Yol qırağı 50-100 metr zolaq saxlamaqla yüzlərlə hektar kolluq meşəliklər kürünüb və işlər davam edir. Ərazidə 10-a yaxın texnika və bir beçə iri çadırdan ibarət düşərgə var”.

Şəki şəhər icra başçının müavini – İctimai-siyasi və hümanitar məsələlər şöbəsinin müdiri Zərinə Cavadova arqument.az-a açıqlamasında məlumatı təkzib edib.“Yalan məlumatdır, icra hakimiyyətinə bu barədə hər hansı bir məlumat daxil olmayıb”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi isə məsələyə münasibət bildirməyib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password