BSU-da maarifləndirici seminar keçirilib

Noyabrın 5-də Gənclər və İdman Nazirliyinin, Bakı Slavyan Universitetinin (BSU), Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) və Azərbaycan İlahiyyat İnstitutunun birgə təşkilatçılığı ilə universitetdə  “Milli-dini dözümlülük, sülhsevərlik və humanizm dəyərlərinin təbliğində gənclərin rolu” mövzusunda maarifləndirici seminar keçirilib.  

Aktualinfo.org-a bu barədə Bakı Slavyan Universitetinin Mətbuat Xidmətindən məlumat verilib. Tədbiri giriş Azərbaycan sözü ilə açan BSU-nun Tərbiyə işləri üzrə prorektoru Xanım Sultanova bildirib ki, bugünki tədbir aktual mövzuya həsr olunub. Müasir dövrümüzdə dini radikalizm cəmiyyət və dövlət üçün böyük təhlükə yaradır. Bu təhlükəyə qarşı səmərəli mübarizə aparmaq üçün gənclərin maarifləndirilməsi olduqca vacibdir. Ölkəmizdə əsası müasir Azərbaycanın qurucusu, ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan dövlət-din münasibətləri yüksək səviyyədə qurulub. Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva milli-dini dəyərlərə böyük həssaslıqla, xüsusi diqqət və qayğı ilə yanaşırlar. 

Gənclər və İdman Nazirliyinin Tələbə və tələbə təşkilatları ilə iş üzrə sektorunun müdiri Elşən Hüseynov tədbirin keçirilməsinə verdiyi dəstəyə görə BSU-nun rəhbərliyinə təşəkkür edib. Qeyd edib ki, bu tədbir Azərbaycan gəncliyi 20172021ci illərdə” Dövlət Proqramının müvafiq bəndinə uyğun olaraq keçirilir. Müasir dünyamızda dini ekstremizim, dini radikalizim  bütün bəşəriyyət üçün ciddi  təhlükə mənbəyidir. İslam dini sülh, əmin-amanlıq dinidir. Azərbaycandakı tolerantlıq və multikulturalizm mühiti mütərəqqi dünya ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir. Gənclərimiz arasında dini təbliğat işi düzgün qurulmalı, onlar milli kimliklərini, dini mənsubiyyətlərini dəqiq müəyyən etməlidirlər. İslam dininə böyük zərbə vuran məzhəb ayrı-seçkiliyi yolverilməzdir. Gənclərimiz bilikli, savadlı, müasir düşüncəli yetişməli, ifrat dindarlıqdan uzaq olmalıdırlar. 

Sonra  Azərbaycan İlahiyyat İnstitutunun prorektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov “Dini radikalizmin yaranma səbəbləri” mövzusunda məruzə ilə çıxış edib. A.Şirinovun geniş və hərtərəfli məruzəsində dini radikalizmin yaranma səbəbləri, yaratdığı fəsadlar, dini radikalizmin qarşının alınması yolları öz əksini tapıb. Xüsusi qeyd edilib ki, bu təhlükənin qarşısının alınmasında gənclərin maarifləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan, bu gün BSU-da keçirilən tədbir təqdirəlayiqdir.

Sonda tələbə-gənclərin mövzu ilə bağlı sualları cavablandırılıb. 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password